Maraqlı

Qadının başında buynuz çıxdı - "Hər gün böyüyürdü"

25 Aprel 2019 22:05
6 Şərh     Baxış: 3 389
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Liza adlı 43 yaşlı qadın tibb dünyasını şoka salıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, 5 ildir nişanlı olan qadının başının arxa tərəfinə buynuzabənzər şiş əmələ gəlib. O, 1 il ərzində sözügedən şişi gizlətməyə çalışsa da ağrı verdiyi üçün həkimə müraciət edib. Lisa yaranan problemlə bağlı bunları deyib:

"Hər gün böyüyürdü. Ağrı verirdi. Buynuza bənzəyirdi. Xüsusən də gərgədan buynuzu kimi sər idi. İnsanlar görməsin deyə saçımın altında gizlədirdim. Özümü yaxşı hiss etmirdim".

Həkim müayinəsi nəticəsində sözügedən şişin "dəri buynuzu" olduğu bilinib və əməliyyata ehtiyac qalmadan Lisa buynuzdan canını qurtara bilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.