Maraqlı

Buğdadan imtina etmək lazımdır, çox xəstəliklərin səbəbi odur – Amerikalı kardioloqdan ŞOK

25 Aprel 2019 21:25
2 Şərh     Baxış: 2 513

Amerikanın tanınmış kardioloqu Vilyam Devis dünyada " Buğda qarını" adlı betstellerə çevrilmiş kitabı ilə məşhurdur. O, əmindir ki, müasir insanların səhhəti ilə bağlı başlarına gələn bəlalar buğda və undan qaynaqlanır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, kardioloq qida üçün istənilən digər taxıldan unun daxil edilməsini məqbul sayır, nəinki buğda.
Doktor Devid uzun müddət ürək-damar xəstəliklərinin profilaktikası üçün effektiv metodlar axtarmışdı.

O aşkar etdi ki, müasir buğda və un  qanda şəkər və qlikemik indeksi artırır. Eləcə də buğdada olan qliadin adlı zülal iştahı artırır, doyma siqnalını blok edir.

"Bugünkü buğdada 5% qliadin var. Bu zülal dad reseptorlarını dəyişir, insanı çörəkdən asılı vəziyyətə gətirir".

Həkim müalicə etdiyi xəstələrin qidasından bir müddət buğda ilə bağlı bütün məhsulları çıxarır. 6-7 ay sonra onlarda artıq çəki azalıb, qanda şəkərin səviyyəsi enib, ürək-damarların işi yaxşılaşmışdı.

Kardioloq bildirir ki, indiki buğdadan imtina etdikdə ayaqlarda şişkinlik azalır, artrit kimi oynaq xəstəlikləri  olmur, mədə turşuluğu və reflüks azalır, əhval-ruhiyyə yaxşılaşır.

Həkim qaba toxum, qara çörək məsələsinə münasibət bildirirək deyib ki, fərqi yoxdur, onlar da buğdadan hazırlanıb. Elə bilin filtrli və ya filtrsiz siqaret.
Hazırda dünya iqtisadiyyatında dədə-babalarımızın becərdiyi natural buğdaya dönmək gözlənilmir. Əksinə bir neçə illərdən sonra genetic dəyişikliyə uğramış daha yeni buğda sortları çıxacaq.

Buğdanı "xroniki zəhər" adlandıran doktor hətta özü kulinar kitab hazırlayaraq, 150 növ buğdasız resept təqdim edib ki, insanlar buğdasız qidalanmağa alışsın.

O, "Buğda qarnı" kitabında isə xəstəliklərin kökünün qarından, yəni bağırsaqlardan qaynaqlandığını, bağırsaqların isə müasir buğda ilə zəhərləndiyini sübut edib.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    777 · 25 Aprel 21:4240

    Her alimin sözûne inanmayin. Bir neçe aydan tedqiqat neticeleri deyisecek. Allah veren çöreyinizi yeyin, isinizi görûn. Motor yanacaqsiz islemez!

    Cavab yaz
  • Anonim
    F.S.D. · 25 Aprel 22:1810

    Dünya əhalisini buğdayla çörəklə ərzaqla təmin edə bilmirlər. Ona görə belə alimlərin tədqiqatları və nəticələri şübhə doğurur. Bu yaxınlarda oxudum ki, bütün vitaminlər çörəkdə var. Buğdanın geni dəyişdirilməzsə qorxusu olmaz. Bütün ərzaqların geni dəyişdirilir və nəticədə təbii insanların artımını sünü şəkildə azaldıb süni insanla əvəz etmək planları var yəqin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.