Maraqlı

Müalicəvi yağı necə hazırlamalı – Hər səhər onu yesəniz...

25 Aprel 2019 22:25
1 Şərh     Baxış: 1 707
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu yağ səhərlər çörəyə çəkib, ailəlikcə yemək üçün ən ideal və sağlam yağdır.

Bu resept qədim Ayurveda sistemindəndir. Ayurvedaya görə, bu yağ bədəni və ruhu isidir, onu günə hazırlayır, energetikanı gücləndirir.
Milli.Az medicina.az-a istinadən A, B, D, E vitaminləri, Omeqa 3,6 ilə zəngin, antivirus və möhkəmləndirici təsirli yağın reseptini təqdim edir.

Sizə 250 qr təmiz kərə yağı, 100 qr təmiz bal, 1 xörək qaşığı darçın lazımdır.

Yağ otaq hərarətində əridilir, sonra mikserdə krem halına düşənə kimi çalınır. Bura bal və darçın qatılır, yenidən mikserdə aşağı gücdə çalınır. Havalı, yüngül kütlə alınmalıdır. Bu yağ soyuducuda şüşə qabda saxlanılır.

Hər səhər 1-2 çay qaşığı acqarına və ya çörəyin üzərinə çəkib yeyə bilərsiz.

Qeyd: bu reseptdə istifadə olunan bütün məhsullar organik, təmiz olmalıdır. Market məhsullarından hazırlamayın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.