Maraqlı

Avstraliyada şirin içkilərə vergi qoyula bilər

26 Aprel 2019 04:30
0 Şərh     Baxış: 1 034
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyada Kvinslend Universitetinin ictimai səhiyyə məktəbinin hazırladığı tövsiyə xarakterli hesabata əsasən, tərkibində şəkər olan içkilərə 20 faizlik vergi tətbiq edilməsi hər il dövlət büdcəsinə əlavə 400 milyon Avstraliya dolları vəsait cəlb olunmasına və səhiyyə xərclərinin 20 milyon dollar azaldılmasına şərait yaradacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hesabatda şəkərə vergi tətbiq edilməsinin iqtisadi nəticələrinə və bunun əhalinin sağlamlığına təsirinə toxunulub.

Hesabatda deyilir: "Şəkərli içkilərə vergi qoyulması nəticəsində 2-ci tip diabet xəstəliyinə tutulanların sayının ildə 800 nəfər azalacağını müəyyənləşdirdik. Qarşıdakı 25 il ərzində ölkədə ölüm sayında hər il 1600 azalma olacaq, ürək-damar xəstəliklərinin insan ölümlərinə təsiri isə əhəmiyyətli şəkildə azalacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.