Maraqlı

Yüzlərlə balina Kanar adalarında gəmilərlə toqquşaraq məhv olur

24 Aprel 2019 22:56
0 Şərh     Baxış: 816

Təkcə bu ilin əvvəlindən Kanar adaları sahillərində gəmilərlə toqquşma nəticəsində onlarca balina məhv olub.

Ətraf mühitin mühafizəsi sahəsində məhkəmə təhqiqatları üzrə ixtisaslaşmış vəkil Alexandro Kintananın sözlərinə görə, bu, həm təbiət üçün, həm də təhlükəsiz naviqasiya baxımından təhlükəlidir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bütün bunların səbəbkarı balinalara yaxınlaşma hallarında bütün növlərdə olan gəmilər üçün məcburi surətdə icra ediləcək dəqiq reqlamentləşdirilmiş hərəkətlərin olmamasıdır. "Kapitan üzən tiri görərsə, bu hal üçün xüsusi protokol mövcuddur. Lakin balina ilə qarşılaşma hallarına dair protokol yoxdur. Bu, cəfəngiyatdır", - deyə A.Kintana bildirib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.