Maraqlı

LG şəffaf ekranlı qatlana bilən telefon patenti aldı

25 Aprel 2019 23:15
2 Şərh     Baxış: 1 979
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Samsung və Huawei şirkətlərinin başlatdığı qatlana bilər telefon yarışına, Cənubi Koreyanın daha bir texnologiya nəhəngi LG də qatıldı.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bildiyiniz kimi Samsung Galaxy Fold ilə Huawei Mata X, açıldığında planşet olaraq, qatlandığında isə standart bir smartfon olaraq istifadə edilə bilir. Çin istehsalçı Xiaomi də hələ rəsmi elanını etməsə də, iki tərəfdən qatlana bilən bir telefon üzərində işlərinə davam edir.

Cənubi Koreyanın texnologiya istehsalçısı LG şirkəti də Samsung və Huawei şirkətlərindən sonra qatlana bilən ekranlı telefon rəqabətinə qatılır.

LG şirkəti qatlana bilən telefon yarışına fərqli bir baxımdan qatılmağı planlaşdırır. Şirkətin ABŞ-da aldığı son patentə baxıldığında LG şirkətinin, həm qatlana bilən ekranlı telefon etdiyi, həm də ekranların şəffaf olduğu diqqət çəkir.

LG-nin, bu fərqli dizayna sahib telefonu haqqında hələ bir məlumat olmasa da, bu il ərzində belə bir telefonun bazara çıxarılması gözlənilmir. Hələ qatlana bilən telefonlar tam olaraq həyatımıza daxil olmasa da, LG şirkətinin şəffaf ekranlı telefon ideyasının istehlakçılar tərəfindən necə qarşılanacağı bilinmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.