Maraqlı

Nərciz Xatun nə zaman dünyasını dəyişmişdir?

25 Aprel 2019 21:55
0 Şərh     Baxış: 1 754
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İmam Həsən Əsgərinin (ə) sevimli həyat yoldaşı olan Nərcis Xatunun adları çoxdur. O cümlədən: Məleykə, Həkimə, Susən, Reyhanə, Xəmət, Səqil.

Tarixçilərin nəql etdiyinə görə Nərcis Xatun Roma imperatorunun nəvəsi olmuşdur. Onun Roma sarayından Samirraya gəlişi və İmam Həsən Əsgəri ilə (ə) ailə qurması möcüzəvi şəkildə baş vermişdir. Xanım (s.ə), Həzrət Rəsuli-Əkrəmin (s) qeybi tövsiyələri ilə özünü əsirlərin arasında gizlətmiş və Samirraya gələrək, İmamla (ə) ailə qurmuşdur.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Nərcis xanımın İmam Həsənin (ə) şəhadətindən sonrakı həyatı barəsində çox az məlumatlar mövcuddur. Onun ölümü barəsində beş nəzər vardır.

1. İmam Həsənin (ə) yaxınlarından birinin nəql etdiyinə görə, Xanım İmamdan (ə) xahiş etmişdir ki, dua etsin və ölümü İmamın şəhadətindən (ə) əvvəl həyata keçsin. İmam (ə) da dua edir və o, həyat yoldaşından əvvəl vəfat edir.

2. Şeyx Səduq kimi böyük alimlər isə buyurur ki, xanım İmam Həsən Əsgəri (ə) şəhid olan zaman sağ idi və onun yatağının başında dayanmışdı.

3. Bəzilərinin dediyinə görə, Nərcis xanım o dövrün xəlifəsi olan Mötəməd Abbasi tərəfindən zindana atılmış və orada vəfat etmişdir.

4. Bəzi tarixçilərin dediyinə görə xanım Muqtədir Abbasinin dövründə vəfat etmişdir.

5. Bu banu 261-ci hicri ilində vəfat etmişdir.

Xanımın (s.ə) qəbri Samirra şəhərində, İmam Hadi (ə) ilə İmam Həsən Əsgərinin (ə) qəbrinin kənarında yerləşir.

Hər bir halda tarix bizə Nərciz xanımın vəfat tarixi ilə bağlı birmənalı məlumat verə bilməmişdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.