Maraqlı

SpotMini robotları satılacaq

25 Aprel 2019 08:55
0 Şərh     Baxış: 862
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Boston Dynamics şirkətinin CEO-su Marc Raibert SpotMini adlı dördayaqlı robotun final versiyasını təqdim edib. Bu robot şirkətin ilk kommersiya məqsədli məhsulu olacaq və onu artıq bu ilin yay fəslində almaq mümkün olacaq. Bu barədə Techcrunch saytına istinadən Hightech.plus saytı xəbər verib. Marc Raibert bildirib ki, SpotMini robotunun irimiqyaslı istehsalına bu ilin iyul və ya avqust ayında start veriləcək. 2019-cu il üzrə şirkət 100-ə yaxın SpotMini robotunu istehsal etməyi planlaşdırır.

Milli.Az technote.az-a istinadən bildirir ki, həmin robotlar indiki halda da istehsalat prosesindədirlər. Lakin hal hazırki versiyalar test modelləridir. Buna görə də şirkət mühəndisləri SpotMini robotlarına mütəmadi olaraq dəyişikliklər əlavə edirlər. Şirkət təmsilçiləri qeyd ediblər ki, SpotMini daha etibarlı olub, robotun gövdəsi daxili detalları daha yaxşı qoruyur, kameralar isə 360 dərəcəlik təsvir imkanını verirlər. Qeyd etmək lazımdır ki, bir neçə gün bundan öncə biz xəbər paylaşmışdıq ki, bir neçə ədəd SpotMini robotu yük maşınına birləşdirilmiş və həmin yük maşınını dartmışdılar. Məlumata əsasən SpotMini robotunun hansı qiymətə satılacağı barəsində məlumat yay fəslində veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.