Maraqlı

Rusiyalı ulduzla bağlı müəmma...

22 Aprel 2019 19:39
0 Şərh     Baxış: 1 046

Rusiyanın populyar müğənnisi Lyubov Uspenskayanın Barnauldakı konserti təxirə salınıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, təşkilatçılar qeyd edib ki, tədbir sənətçinin xəstəxanaya yerləşdirilməsi səbəbindən baş tutmayacaq. 

Onlar 65 yaşlı ulduzun bu gün reallaşmayan konserti barədə qısa açıqlama veriblər: "İndi onun səhhəti barədə həkimlərin qərarını gözləyirik. Güman ki, tarix dəyişdiriləcək". 

Sənətçinin direktoru Vitali Makarov isə tamam fərqli açıqlama verərək Uspenskayanın səhhətinin qaydasında olduğunu, Barnaula texniki səbəblərə görə gedə bilməyəcəyini söyləyib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.