Maraqlı

Ən köhnə messencerlərdən birinin fəaliyyəti dayandırılır

22 Aprel 2019 21:26
0 Şərh     Baxış: 996
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tezliklə mesajlarla mübadilə üçün ən köhnə xidmətlərdən biri olan "BlackBerry Messencer"in fəaliyyəti dayandırılacaq. Bu haqda son 3 ildə bu layihəni idarə edən "Emtek" şirkəti məlumat verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 31 may 2019-cu ildən etibarən "BlackBerry Messencer"in fəaliyyəti dayandırılacaq: istifadəçilər köhnə şəkil, mesaj və başqa fayllara baxmaq üçün sözügedən xidməti öz qurğusunda işə sala bilməyəcəklər. Bu məlumatları itirməmək üçün istifadəçilərə yuxarıda göstərilən müddətədək məzmunu yükləmək tövsiyə edilir.

"BlackBerry" şirkətinin rəsmiləri etiraf ediblər ki, messencerlər bazarı çox dinamik inkişaf edir və "BlackBerry Messencer"in istifadəçiləri başqa platformalardan istifadə edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.