Maraqlı

Evlənmək istədiyi kişiyə 159 min mesaj göndərdi: "Sənin böyrəyindən suşi hazırlayacam" - FOTO

22 Aprel 2019 21:20
3 Şərh     Baxış: 2 381

Ceklayn Ades adlı 32 yaşlı amerikalı qadın 2017-ci ildə yalnız varlı kişilərin istifadə edə bildiyi bir tanışlıq proqramından istifadə etməyə başlayıb.

Milli.Az xəbər verir ki, burada varlı və evli bir kişi ilə tanış olan qadın daha sonra onun kabusuna çevrilib.

Ades həmin kişiyə 10 ayda 159 min ədəd mesaj yazıb. Bu mesajların içində "sənin böyrəyindən suşi hazırlayacam" kimi təhdidlər də olub. Bununla kifayətlənməyən qadın həmin kişinin evinə zorla daxil olub. Həmin vaxtda ölkə xaricində olan kişi Adesin evinə zorla girdiyi haqqında polisə müraciət edib. Polis qadını evin hamamından tapıb. Hadisə ilə bağlı məhkəmə işi açılıb, amma qadın məhkəməyə getməyib.

İndi isə Ades 10 aydır ki, əl çəkmədiyi həmin kişini məhkəməyə verməyə hazırlaşır. 32 yaşlı qadın ümid edir ki, məhkəmə varlı kişini onunla evlənmək məcburiyyətində qoyacaq.

Tibbi ekspertizada qadının psixoloji xəstəliyinin olduğu aşkarlanıb. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Esra ıbrahimli(Samaxı) · 22 Aprel 21:4250

    Basdan xarab.. Oturduqu yerde işə düsmək, zaksa dusmek buna deyerler eee Zəli deyim dəli deyim bilmedim ele her ikisinden..İnnen bele alsada hec vaxt almaz resmen ölümüne qol ceker gece durub boqar yatdiqi yerde :)))

    Cavab yaz
  • Anonim
    Dilarə · 22 Aprel 22:2020

    Psix

    Cavab yaz
  • Anonim
    Aki2 · 23 Aprel 01:2100

    Haqq olub kişiye

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.