Maraqlı

“Sonra” filmi CinemaPlus-da öz dilimizdə göstərilib - VİDEO - FOTO

22 Aprel 2019 13:29
0 Şərh     Baxış: 938

"Sonra" filmi CinemaPlus-da öz dilimizdə göstərilib. 

"Gənclik Mall" TM-də yerləşən "CinemaPlus" premium kinoteatrında 2019-cu ildə "Cinemazadeh" studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunmuş Amerika istehsalı olan "Sonra" filminin nümayişi keçirilib. Melodrama dünyavi bestseller əsasında çəkilmişdir.

Filmi səsləndiriblər Samirə Əfəndi, Əlixan Rəcəbov, Gülnarə Zulalova, Nicat Ələskərov, Rəhim Rəhimov, Vüsal  Haci-Qədir, Samir Ələskərov, Şəlalə Şəhvələdqızı, Şəhla Əliqızı, Aytac Məmmədova və Erkin Ergin.

Dublyajın redaktoru və tərcüməçisi Vüqar Hüseynov, rejissoru Samir Ələskərov, səs rejissoru Orxan Ağalarov, səs operatoru Ağaməlik Abbaszadə, post-prodakşn Rüfət Kərimzadə,  icraçı prodüsseri Əli-Səttar Quliyev, baş prodüsseri isə Cəfər Axundzadədir.

Filmin rejissoru Cenni Qeyc.

Film haqqında qısa məlumat: Təsadüfi görüş onların həmişəki dünyalarını alt-üst edir. O - ağıllı tələbə və nümunəvi övladdır, o biri isə - varlı ailədən şeytan kimi cəzb edən üsyankardır. Paralel kainatlarda yaşasaydılar çətin ki, onlar bir-birilərinə baxardılar. Lakin bu tanışlıq sevgililərin həyatını əvvəl və sonraya ayıracaq.

"CinemaPlus" kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.