Maraqlı

Şahzadə Harri və arvadını Afrikaya göndərəcəklər

21 Aprel 2019 16:42
0 Şərh     Baxış: 1 195
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şahzadə Harri və həyat yoldaşı Meqan Markl ilk övladları dünyaya gəldikdən sonra Afrikaya köçə bilər.

Milli.Az bu barədə Oxu.az-a istinadən xəbər verir.

Bildirilir ki, onlar Afrikada 2-3 il yaşayacaqlar və xeyriyyə işləri ilə məşğul olacaq.

İş ondadır ki, şahzadə Uilyam kral olmağa hazırlaşdığı üçün Bukingem sarayı kiçik qardaşına xüsusi məşğuliyyət tapmaq istəyir. Gəzən söz-söhbətlərə görə, bununla həm də kral ailəsində münaqişələrə son qoyula bilər. Deyilənlərə görə, Harri ilə Marklın Uilyam və arvadı Keyt Middltonla münasibətləri korlanıb.

Harri və Marklın Afrikaya köçməsi ilə bağlı qərar 2020-ci ildən tez qəbul olunmayacaq. Onların Lesoto, Botsvana, Malavi və ya Cənubi Afrika Respublikasında yaşayacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.