Maraqlı

Püstə erkən qocalmanın qarşısını alır

20 Aprel 2019 20:06
0 Şərh     Baxış: 667

Bir çox vitamin və mineralı özündə birləşdirən püstə yaşlanmanı gecikdirir. Axşam.az xəbər verir ki, təbii proses olan qocalma ətraf mühit amillərinin təsirindən tez başlaya bilər.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bunun qarşısını almaq üçün bir çox təbii qidalar mövcuddur.

Püstə də onlardan biridir. A, B qrupu, C, E, PP vitaminləri, mis, maqnezium, selen, kalium mineralları  olan bu çərəz sinir sistemi üçün çox faydalıdır.

Püstə zehni fəaliyyəti yaxşılaşdırır, hüceyrələrin sağlam bölünməsini və böyüməsini təmin edir. Eyni zamanda, ürək-damar, ağciyər və göz xəstəliklərinin müalicəsində də istifadə edilir. Hər gün bir ovuc püstə sizi gün boyu enerji ilə təmin edəcək.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.