Maraqlı

"Su pərisi” körpələr – Doğulanda cinsiyyəti belə məlum olmur

20 Aprel 2019 19:46
0 Şərh     Baxış: 2 457

Sirenomeliya və ya Su pərisi sindromu adlanan genetic anomaliya doğularkən körpənin aşağı ətraflaranın bitişik formada olmasına deyilir.

Ayaqları balıq quyruğuna bənzəyən bu körpələrdə elə ana bətnindəcə həzm sistemi normal inkişaf etmir, cinssiyyət üzvləri olmur, anus dəliyi formalaşmır. Əgər doğulan kimi xüsusi təcili müdaxilə olunmazsa körpə 1-2 gün ərzində ölür.

Milli.Az medicina.az-a istinadən bildirir ki, 100.000 yenidoğulmuşda bir dəfə rast gəlinən bu anomaliyaya daha çox Hindistan, Cənubi Amerikada rast gəlinib.
Sonuncu dəfə Saxaranpur şəhərində doğulan su pərisi uşaq bir neçə saatdan sonra vəfat etmişdi.

Lakin tibbdə bu sindromda doğulub, xüsusi əməliyyatlarla ayaqları ayrılan və normal uşaqlar kimi gəzən uşaqlar da olub.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.