Maraqlı

Pxenyan və Vaşinqton gərginliyə ara verir?

20 Aprel 2019 19:35
0 Şərh     Baxış: 623
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"27-28 fevral Donald Tramp (Donald Trump) və Kim Çen In (Kim Jong-un) arasında Hanoyda keçirilən sammit başa çatdıqdan sonra Pxenyanla Vaşinqton arasında dialoq ölü nöqtədən çıxmayıb. Çıxılmaz vəziyyət yaranıb? Hər iki tərəf taktiki baxımdan geri çəkilib? Gərginlik arta bilər? Üçüncü sammit perspektivi var? Bu qədər sual hal-hazırda cavabsız qalıb. Aprelin 11-i Vaşinqtonda Trampla Cənubi Koreya lideri Mun Çje-in (Moon Jae-in) arasında baş tutan,  hər iki tərəfi həvəsləndirmək yolu ilə danışıqların bərpa edilməsinə yönəlmiş görüş nəzərəçarpan nəticə verməyib. Lakin bu danışıqlar təsdiqləyib ki, Amerika və Cənubi Koreya dialoq imkanını hələ də nəzərdən keçirir. Hər iki tərəf qəti şəkildə öz mövqeyində dursa da, 2018-ci ildə yarımadada hökm sürən sakitlik ab-havasını pozmamağa çalışır", - "Le Monde" nəşrinin Tokiodakı müxbiri Filipp Pons (Philippe Pons) yazır.

Milli.Az xpressa.net-ə istinadən bildirir ki, görünür, onlar iki ölkə arasındakı qarşıdurmanı şəxsi münasibətlərindən ayırmağa çalışırlar. Hanoy sammitindən iki həftə sonra Şimali Koreyanın xarici işlər nazirinin müavini Ço Son-xuey (Choe Son-hui) yekun mətbuat konfransında Trampla Kim Çen In arasındakı "gizli və gözəl ab-havanı" yüksək qiymətləndirib. Ço Son-xuey eyni zamanda ABŞ tərəfdən qarşılıqlı addımın atılmadığını tənqid edib, baxmayaraq ki, Pxenyan raket sınaqlarını dayandırıb və "Punggye-ri" nüvə sınaq poliqonunu, eləcə də Sohe kosmodromunda ballistik raketlərin buraxılışı üçün nəzərdə tutulan start meydançasını demontaj edib.

Jurnalist qeyd edir ki, provakasiya Pxenyanın maraqlarına cavab vermir: belə bir addım Kim Çen Inın beynəlxalq könüllü obrazını məhv edəcək, prioriteti yarımadadakı sabitlik olan Çinin qəzəbinə səbəb olacaq.

Gərginliyin geri qayıtması daxili məhdudiyyətlərlə üzləşməli olan Kim Çen Inın şəxsi maraqlarına da cavab vermir. Belə ki, beynəlxalq sanksiyalar iqtisadiyyatın bərpasına mane olur. Rejim başa düşür ki, 1990-cı illərin ikinci yarısında olduğu kimi yeni "sürətləndirilmiş marşı" əhaliyə sırıya bilməyəcək. Əzab-əziyyətin də bir həddi var. Özü də hökumət həyat şərtlərinin yaxşılaşdırılacağına söz verib.

Trampın şəxsi diplomatiyası ən yüksək səviyyədə ABŞ ilə Şimali Koreya arasında dialoqun başlanğıcını qoyub. Ancaq Hanoyda hər iki tərəf plankanı çox yüksək tutub. Deyəsən, indi onların daha dəqiq planı var.

Kolumbiya Universitetinin Koreya Araşdırmaları Mərkəzindən alim Anri Feron (Henri Feron) "The National Interest" jurnalında yazır: "Şimali Koreya münaqişəsinin məcburi həll yolu olmasa da, partlayıcı maddənin istehsalı ilə bağlı danışıqlarda manevr azadlığı var".

Jurnalist qeyd edir ki, qarşıdan gələn danışıqların üstünü naməlum səbəblər alıb. Nüvə məsələsindən başqa danışıqlara başqa məsələlərinin da daxil edilməsinə dair bəyanatlar səslənsə də, ABŞ ilk vaxtda məhdud sazişə razılaşmağa hazırdırmı? Bu razılaşma perspektivini daha da problemli hala salacaq.

Rusiyanın təsiri də bəlli deyil. Gələcəkdə gözlənilən Kim Çen In-Vladimir Putin görüşü Moskva ilə Pxenyan arasında əlaqələrin möhkəmlənməsinə gətirib çıxara bilər. Bu da Koreya məsələsini daha da çətinləşdirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.