Maraqlı

Almaniya niyə rusiyaya çox PUL XƏRCLƏYİR?

20 Aprel 2019 20:25
0 Şərh     Baxış: 1 247
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rusiya iqtisadiyyatı tənəzzül vəziyyətindədir. Buna baxmayaraq, alman şirkətlərinin Rusiya iqtisadiyyatına çoxlu pul investisiya etməyə bir çox səbəbi var. Onlar çox vaxt bunu özləri istədikləri üçün etmir",- "Hadelsblat"qəzetinin jurnalisti Matias Brüqman (Mathias Brüggmann) yazır.

Məqalə müəllifi qeyd edir ki, rus iqtisadiyyatının problem siyahısı uzundur: ABŞ tərəfdən daim yeni sanksiya təhlükəsi, real əmək haqlarının aşağı düşməsi, rublun dəyər itirməsi və Beynəlxalq Valyuta Fondunun proqnozuna əsasən, cəmi 1,6% təşkil edən zəif iqtisadi artım. Neft qiymətlərinin yüksək olmasına baxmayaraq, Rusiya bu gün çətin dövrdən keçir.

Milli.Az xpressa.net-ə istinadən bildirir ki, bununla belə, alman müəssisələri rus iqtisadiyyatına getdikcə daha çox pul investisiya edir. Almaniya Federal Bankının məlumatına görə, 2008-2009-cu il maliyyə böhranından bəri Rusiyada alman investisiyalarının artımı ötən ilki qədər çox olmayıb. İnvestisiya həcmi təxminən 3,3 milyard avro təşkil edib ki, bu da bir öncəki illə müqayisədə 14% çoxdur.

Nəinki investisiyalar, Almaniya və Rusiya arasında ticarət həcmi də artır. Ötən il ticarət həcmi 8,4% artaraq 61,9 milyard avroya çatıb. Rus məhsullarının idxalı 2017-ci illə müqayisədə 14,7% artaraq 36 milyard avro təşkil edib. Federal Statistika Komitəsinin hesablamalarına əsasən, Rusiyaya ixrac 0,6% artaraq 25,9 milyard avroya yüksəlib.

Müəllif bu tendensiyanın birinci səbəbinin zərurət olduğunu qeyd edir: Rusiyada öz məhsulunu dövlətə satmaq istəyənlər ölkəyə investisiya etməlidir.

"Gəlirli dövlət sifarişlərinə çıxış əldə etmək üçün xarici şirkətlər yerlərdə istehsal həyata keçirməlidir", - Rusiya-Almaniya xarici ticarət palatasının idarə sədri Mattias Şepp (Matthias Schepp) bildirib.

Şepp hesab edir ki, bununla yanaşı şirkətləri şərqə cəlb edən ikinci səbəb də var: son illər Rusiyanın milli valyutası 50%-dən çox dəyər itirib. Onun sözlərinə görə, bu hal Rusiyada istehsalla məşğul olan, öz məhsullarını möhkəm valyuta ilə başqa bazarlara ixrac edən, eyni zamanda xam malı və materialı daha ucuz yerli valyuta ilə əldə edən şirkətlərə xüsusilə maraqlıdır.

Çində olduğu kimi burda da ən azından tekstil sənayesində əmək haqqı üzrə birbaşa xərclər çox azdır. "Volkswagen" şirkəti Rusiyada istehsal edilən hər dördüncü avtomobili ixrac edir. "Zəif rubl Rusiyaya investisiyanı cəlbedici edir", - deyə Şepp qeyd edir.

Ekspertin fikrincə, 140 milyon istehklakçıya malik Rusiya hələ də böyük bazar potensialına sahibdir.

Ötən il futbol üzrə dünya çempionatına hazırlıqla əlaqəli sifarişlər də Rusiyaya xarici investisiyaları cəlb edib.

Şepp Almaniya iqtisadiyyatının Şərq Komitəsinin sədri Volfhanq Byuxelin (Wolfgang Büchele) "Damokol qılıncı kimi Rusiyanın üstünü alan Amerika sanksiyaları təhlükəsi" ilə bağlı söylədiklərinə etiraz edərək deyib: "Məhz Rusiyanı yaxşı tanıyan şirkətləri sanksiyalarla, siyasi problemlərlə qorxutmaq elə də asan deyil".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.