Maraqlı

Tramp-Rusiya sövdələşməsinə dair hesabat DƏRC EDİLDİ

20 Aprel 2019 23:25
0 Şərh     Baxış: 1 149
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"CNN" televiziya kanalının müxbiri Kris Sillizza (Chris Sillizza) məlumat verir ki, xüsusi prokuror Robert Müllerin (Robert Mueller) Rusiyanın 2016-cı il seçkilərinə müdaxiləsi ilə bağlı iki ilə yaxındır apardığı araşdırmanın nəticələri dərc edilib.

"Baş prokuror Uilyam Barrın (William Barr) komandası, Ağ Evin hüquqi müşavirinin ofisi və prezident Donald Trampın (Donald Trump) şəxsi vəkillərindən savayı başqa şəxslər həmin hesabatı oxumadan öncə Barrın sənədi müzakirə etmək üçün mətbuat konfransı keçirməsi mənə aydın olmayıb. Görünən odur ki, baş prokuror bu hadisəni Trampa sərf edən şəkildə təqdim etmək istəyib. Arabir Barrın sözləri elə səslənib ki, sanki o, prezidentin Müllerin araşdırması ilə bağlı etirazlarından sözbəsöz iqtibas gətirib", - müəllif qeyd edir.

Milli.Az xpressa.net-ə istinadən bildirir ki, Sillizza yazır ki, şübhəsiz, Barr mətbuat konfransında məhz Trampın istədiklərini edib. Bu ssenarini heç Trampın özü bu qədər yaxşı yaza bilməzdi.

Barr bildirib ki, Müller Tramp tərəfdən istintaqa mane olacaq on hal barədə məlumat verib. Lakin baş prokuror dərhal həmin hadisələrin əhəmiyyətini azaltmağa çalışıb.

Burada baş verənlər aydındır: 1) Barr hesabatı oxuyub və çox güman, bilir ki, prezident tərəfdən istintaqa mane olmaq ictimaiyyətin gözündə çox pis görünəcək. 2) Barrın təklif etdiyi açıqlama Trampın Müller araşdırmasına qarşı niyə məhz bu cür reaksiya göstərməsinə səbəb qismində prezident, onun müttəfiqləri və mühafizəkar media tərəfindən istifadə ediləcək: o, misli görünməmiş təqibin obyektinə çevrilib!

Tramp mühafizəkar tok-şou aparıcısı, (həm internetdə, həm həyatda) onlyan-troll, xuliqan tiran və mövcud siyasətçilər arasında ən qeyri-ənənəvi siyasətçi obrazını özündə birləşdirir. Trampı ona görə prezident seçiblər ki, o, başqa siyasətçilərin söyləmədiyi və etmədiyi şeyləri söyləyib və edib. Və indi o, Müllerin araşdırmasına baxmayaraq, dayanmayacaq.

Müllerin hesabatının sövdələşməyə aid hissəsində xüsusi prokurorun ofisi birbaşa sövdələşmə məsələsinin məğzinə keçir:

"Araşdırma çərçivəsində müəyyənləşdirilib ki, Rusiya hökuməti Trampın prezident seçilməsinin ona sərf edəcəyini düşünüb və belə bir nəticə əldə etmək üçün fəaliyyət göstərib. Həmçinin təyin olunub ki, seçkiqabağı qərargah seçkilər baxımından Trampın Rusiyanın həyata keçirdiyi tədbirlər sayəsində oğurlanıb dərc edilən informasiyadan yararlanacağına ümid edib. Ancaq araşdırma Trampın seçkiqabağı qərargah üzvlərinin seçkilərə müdaxilə məqsədilə həyata keçirdiyi tədbirlərdə Rusiya hökuməti ilə işbirliyində olduğunu və ya qarşılıqlı fəaliyyət göstərdiyini müəyyənləşdirməyib".

Müller aşkar edib ki, bir tərəf (ruslar) Trampın seçilməsi məqsədilə seçkilərə təsir göstərməyə can atıb, çünki onun namizədliyinin ölkənin maraqlarını reallaşdırmağa daha çox uyğun gəldiyini hesab edib. Digər tərəf (Trampın seçkiqabağı qərargahı) isə hesab edib ki, rusların Hillari Klintonla (Hillary Clinton) bağlı onlara təqdim etdiyi istənilən kompromat Trampın qələbə şansını artıracaq. Amma xüsusi prokuror bunun sövdələşmə və ya qarşılıqlı fəaliyyət olduğunu hesab etmir ("sövdələşmə" hüquqi termin deyil), çünki hər iki tərəf müstəqil şəkildə, bir-birindən asılı olmadan fəaliyyət göstərib.

Tramp və komandası Klinton haqqında neqativ informasiya əldə etməyə şad olsalar da, onlar birbaşa ruslardan belə bir informasiya tapmalarını xahiş etməyiblər. Ruslar öz eqoistik məqsədlərini güdərək Trampın qələbə qazanmasını istəsələr də, onlar kompromat təqdim edəndə namizəd və ya onun çevrəsinə bu istəkləri barədə məlumat verməyiblər.

Ən azından Müller üçün əsas məsələ ondan ibarətdir ki, bütün bunlar baş versə də, Rusiya hökumətinin Trampa kömək etmək üçün seçkilərə təsir göstərmək məqsədilə fəaliyyət göstərməsinə və Trampın bu tədbirləri dəstəkləməsinə dair iki tərəf arasında heç vaxt aşkar saziş olmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.