Maraqlı

Şeri Şmeltserin hekayəsi

20 Aprel 2019 21:25
0 Şərh     Baxış: 493

10 il əvvəl Şeri Şmeltser (Sheri Schmelzer) 40 yaşlı evdar qadın idi və onun bütün qayğıları evi, üç uşağı ətrafında cərəyan edirdi. Lakin sıxıntı, ətalət qadına üstün gəlir və Şmeltser özünə, uşaqlarına yeni əyləncə tapmaq fikrinə düşür.

Milli.Az xpressa.net-ə istinadən bildirir ki, onun diqqətini çoxsaylı ailə üzvlərinə məxsus "Crocs" şirkətinin rezin çəkələkləri cəlb edir. Yəqin, hamınız Misirin geniş çimərliklərində, Türkiyədəki hövuzlarda bu deşikli, gülməli çəkələklərə rast gəlmisiniz. Yapışqan və straz daşlarla silahlanan Şmeltser bu deşikləri doldurmağa başlayır və yaratdığı dizaynlar getdikcə daha da mürəkkəbləşir.

2005-ci ildə həyat yoldaşı əl işi bəzəkləri üçün sayt yaratmağı təklif etdikdən sonra cütlük "Jibbitz" şirkətini təsis edir. Yeni naxışların möhkəmliyini təmin edəcək və modifikasiya edilmiş "crocs"-ların alıcılarını qane edəcək yeni materialları seçmək üçün 10 cəhd lazım olub.

"Oturduq və ailə şurası keçirdik - bunu əsl biznesə çevirmək istəyirikmi? Həmin vaxt ödənilməyən kreditimiz var idi və biz qərar verməli idik - məhsulumuza o qədər inanırıqmı? Bəli. Bunu istəyirikmi? Bəli. Əgər heç nə alınmasaydı, onda özümüzə belə təsəlli verə bilərdik ki, öz işimizə inandıq və əlimizdən gələni etdik".

2006-cı ilin avqustuna kimi "Crocs" üçün aksessuarların satışı 2,2 milyon dollara çatır. Lakin hər şey elə də asan olmayıb - Şerri başlanğıcda sutkada demək olar 24 saat işləməli olub, belə ki, uşaqlara qulluq etməklə yanaşı, əllə düzəltdiyi çoxsaylı sifarişləri də vaxtında çatdırmalı olub. Öz məhsullarını təbliğ etmək üçün Şmeltserlər biznes-plan yazmaq və reklam yerləşdirmək məcburiyyətində qalmayıblar. Bunun əvəzinə onlar birbaşa mağazalara müraciət edir, öz məhsullarını göstərir və insanlara zəng edirdilər.

"Əgər müştəri xidmətiniz yaxşı təşkil edilibsə, onda müştərilər sizdən danışacaq. Heç bir marketinq araşdırması aparmadıq. Şirkət "təbii şəkildə" inkişaf etdi". Şmeltserlər reklama və marketinqə bir dollar belə qoymayıblar, onların ailə biznesi öz-özünə böyüyüb.

Lampaya material seçmək üçün Tomas Edison (Thomas Edison) 2000 cəhd etdiyi kimi Şmeltser də bəzəklərinə düzgün, möhkəm dizayn vermək üçün çoxlu səy göstərməli olub. Başlanğıc uğursuz olub: strazlar düşdüyü və qırıldığı üçün müştərilər şikayət etməyə və məhsulları geri qaytarmağa başlayıblar. Daha 10 cəhddən sonra iş inanılmaz sürətlə yoluna düşüb.

Fəaliyyət göstərdiyi bir il altı ay ərzində biznes inanılmaz dərəcədə böyüyüb və "Crocs" şirkəti "Jibbitz"-i 10 milyon dollara alıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.