Maraqlı

Mari Key Eşin hekayəsi

20 Aprel 2019 22:05
0 Şərh     Baxış: 1 001
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mary Kay Cosmetics" şirkətinin banisi Mari Key Eş (Mary Kay Ash) Amerika tarixinin ən uğurlu sahibkar qadınlarından biri hesab edilir. "Mary Kay Inc." şirkəti 2018-ci ildə ən yaxşı nailiyyətlərlə özünün 55 illiyini qeyd edir. Kiçik ailə biznesi kimi fəaliyyətə başlayan şirkətin hazırda dünyanın 40 ölkəsində 2,5 milyon müştərisi var.

Ötən il 3,5 milyard dollar mədaxillə "Mary Kay Inc." birbaşa satışla məşğul olan şirkətlərin "Global 100" reytinqində 5-ci yeri tutub.

Şirkətini 45 yaşında quran missis Eş cibindəki 5 min dollarla fəaliyyətə başlayıb, 98 milyon dollar sərvət toplaya bilib. O, kapitalını min dəfə artırıb. "Pul var idi: pul oldu" əmsalı 1:19600 təşkil edib!

Meri Keyin bioqrafiyası onun hansı yolla "sıfırdan" nəhəng kosmetika imperiyası yaratdığını göstərir.

O, uşaqlıqdan yoxsulluğun, pul çatışmazlığının və ağır əməyin nə demək olduğunu çox yaxşı bilib. Atası ağır xəstə olduğu üçün ailəni dolandıra bilməyib. Bu işlə Meri Keyin anası məşğul olub. O, suktada 14 saat restoranda çalışsa da, yenə də pul dolanışığa güclə çatıb.

Evin bütün işləri gənc qızın üzərinə düşüb. Meri sonradan uşaqlıq illərini xatırlayarkən deyib ki, ev öhdəliklərinin əksəriyyəti balaca uşaq üçün çox ağır olub. Ancaq heç kim buna diqqət yetirmədiyi üçün o, dinməz-söyləməz işini görüb. O, tərif dozasını anasından qısa cümlə şəklində alıb: "Meri Key, sən bunu bacararsan". Həqiqətən də bacarıb, xüsusilə yetkin qadın olduqdan sonra. Meri erkən yaşlarında ailə həyatı qurub. Üç övlad dünyaya gətirib, ərini cəbhəyə göndərib. Həyat yoldaşı 1945-ci ildən cəbhədən qayıtdıqdan sonra isə boşanmaq istədiyini bildirib. Uşaqları ilə tək qalan qadın daha heç kimə bel bağlaya bilmədiyi üçün "Stanley Home Products" şirkətinə işə düzəlib. Çevik iş qrafikinə malik birbaşa satış şirkətində işləmək ona həm pul qazanmağa, həm uşaqlarına lazımi qədər vaxt ayırmağa imkan verib.

Lakin 1963-cü ildə işdə münaqişə baş verib. Meriyə vəzifəsinin artırılacağını söz verdikdən sonra həmin yerə onun şagirdini təyin ediblər, özü də iki dəfə çox məvaciblə. Rəhbərlik bu qərarını belə izah edib ki, kişi qarşıya qoyulan tapşırıqların öhdəsindən daha yaxşı gələcək. Bununla razılaşmayan Meri işdən çıxıb. 45 yaşında biznesdəki qadınlar haqda kitab yazmaq üçün işdən ayrılıb. Bu zaman Meri Key başa düşüb ki, əlyazması işləmək istədiyi ideal şirkətin biznes planına oxşayır. Onda o, həmin şirkəti özü yaratmaq qərarına gəlib. 1963-cü ildə 20 yaşlı oğlu Rocerin (Richard Roger) dəstəyi ilə ilkin kapitalı 5 min dollar olan "Mary Kay Cosmetics" şirkətini təsis edib.

"Liderin əsas xüsusiyyəti ağıl deyil, ürəkdir. Siz insanları sevə və onlar üçün lider olmaya bilərsiniz, ancaq lider olub insanları sevməyə bilməzsiniz". (Meri Key Eş)

Uğur sirləri

"Mary Kay Inc." şirkətinin yaradılma hekayəsi "Forbes" jurnalında dərc edilən biznesin inkişafına dair ən məşhur 20 nümunədən biri olub. Meri Key Eş sadəcə kosmetik şirkət təsis etməyib. O, hər bir komanda üzvünün öz rolu və sehrli vəzifəsi - məsələn, Milli Lider - olduğu, motivasiyaya əsaslanan yeni korporativ mədəniyyət, az qala din yaradıb. Meri Keyin təbirincə desək, o, "ürəyi olan" şirkət yaradıb.

İşgüzar prinsiplər: "Siz bunu bacaracaqsınız!"

Komanda

Meri Key "bərabər işə görə bərabər əmək haqqı" siyasətini dəstəkləyib və satıcıları "Müstəqil Konsultant" adlandırıb.

Kosmetika imperiyasının yaradıcısı əmin idi ki, "böyük şirkətlər böyük insanlardan ibarətdir": İşçilərin əməyini yüksək qiymətləndirərək zəhmətkeş, uğurlu komanda yaratdıq.

Meri Key mühasibat hesabatlarında rəqəmləri deyil, məhz əməkdaşları şirkətin əsas aktivləri adlandırıb.

Şirkət daxilindəki insanlardan rəhbərlik həlqəsinin formalaşdırılması işin çiçəklənməsinə səbəb olub. Meri Keyin oğlu Rocerin sözlərinə görə, 1980-ci ilə kimi missis Eş "liderlər yaradan liderlərin" başçısı olub.

Necə münasibət görmək istəyirsənsə, başqaları ilə elə davran

Meri Key minlərlə satış nümayəndəsinin özünədəyər hissinə hörmət edərək onları motivasiya edə bilib.

O, 1964-cü ildə satış sazişləri barədə ilk seminarını keçirib. Görüş Dallasda şarlarla bəzədilmiş topdansatış anbarında baş tutub. Seminar treninqdən daha çox bayramı xatırladıb. Meri Key ticarət agentlərini öz əli ilə hazırladığı toyuq əti və salatlara qonaq edib.

Seminarlar ənənəyə çevrilib, onların miqyası isə böyüyüb. Meri Key başa düşüb ki, insanlar dəyərli olduqlarını hiss etmək və uğurlarına görə təşviq edilmək istəyirlər. Hər il yay aylarında əməkdaşlar üçgünlük görüş üçün Dallasa toplaşırlar.  Bu görüş səs-küylü teatr tamaşasına, mükafatların təqdim edilmə proseduru isə  "ABŞ gözəli" müsabiqəsinin tacqoyma mərasiminə oxşayır.

Zəhmətsevərlik

Missis Eş avtobioqrafiyasında elmi fəaliyyət dövründə daim uğursuzluqlarla üzləşən Tomas Edisondan (Thomas Edison) sitat gətirir. Meri Key hesab edir ki, inadkarlığına və cəsarətinə görə hamı Edisona minnətdar olmalıdır.

Biznes ledinin şirkətində bu ifadə tez-tez işlədilir: "İnsan uğur qazanmadan öncə uğursuzluqla üzləşir". Əldə etdiyi yüksəklikdə qalmaq üçün isə insan daha çox səy göstərməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.