Maraqlı

109 yaşlı qadının qeyri-adi ənənəsi - Hər cümə bir qədəh şərab...

20 Aprel 2019 16:54
0 Şərh     Baxış: 1 456
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün 109 yaşını qeyd edən ABŞ-ın Şimali Karolina ştatının sakini Anni Uilson uzunömürlü olmaq üçün xüsusi heç bir şey etmədiyini bildirib.

Milli.Az Kult.az-a istinadən xəbər verir ki, bu barədə Uilson KHOU11 nəşrinə müsahibəsi zamanı danışıb.

Onun sözlərinə görə, "uzunömürlülük sirri" deyə bir şey mövcud deyil.

"Məndən bu barədə çox insanlar soruşur. Mən isə xüsusi heç bir şey etmirəm, sadəcə yaşayıram", - Uilson qeyd edib.

109 yaşlı xanım həmçinin qeyri-adi ənənəyə sahib olduğunu bildirib. O, hər həftənin cümə günü 1 qədəh şərab içdiyini və 109-cu doğum günündə də bu ənənəni pozmadığını söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.