Maraqlı

Xəzinə tapdılar, varlanmaq əvəzinə borca düşdülər - VİDEO

21 Aprel 2019 07:11
1 Şərh     Baxış: 3 700

Almaniyanın Eslingen şəhərindən olan iki tarixçi 2017-ci ilin yayında arxeoloji qazıntılar zamanı təsadüfən xəzinə tapıb. 

Milli.Az oxu.az-a istinadən bildirir ki, onlar bu barədə hökumətə məlumat verməyiblər. Almaniya qanunlarına görə, xəzinə tapan şəxslər dərhal bu barədə dövlət orqanlarına məlumat verməlidirlər. Xəzinə tapan şəxsin şəxsi həyətində olsa belə, o dövlətə məxsus hesab edilir.

2018-ci ilin yayında tarixçilərdən biri vicdanının səsinə qulaq asaraq bu barədə yerli hakimiyyət orqanlarına məlumat verib. Elə o gündən də onların həyatında çətin dövr başlayıb.  Belə ki, tarixçilər tapdıqları xəzinəni təhvil verməklə yanaşı, üstəlik cərimə də ödəməlidirlər.Əks halda onları həbs gözləyir.

Tapılmış gil küpənin içərisində 9200 gümüş sikkə aşkarlanıb. Onların ümumi çəkisi 4,6 kq təşkil edib. Gümüş sikkələrin ən qədimi 1280-ci, ən yenisi 1350-ci ilə aiddir. 

Mütəxəssislərin dediyinə görə, bu Almaniyada son 10 ildə tapılmış orta əsrlərə dair ən böyük xəzinədir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Xəzinə tapdılar, varlanmaq əvəzinə borca düşdülər

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    E1000 · 21 Aprel 09:1710

    Saa lazimiydimi hiy?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.