Maraqlı

Vəhşi it körpəni beşikdən oğurladı - FOTO

21 Aprel 2019 06:30
1 Şərh     Baxış: 1 942
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyanın şərqində yerləşən Freyzer adasında dinqo (vəhşi it növü - red.) treylerə daxil olaraq, beşikdə yatan 14 aylıq körpəni oğurlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Avstraliyanın "News.com.au" portalı məlumat yayıb.

Uşağı yırtıcının yeminə çevrilməkdən ən son anda atası qurtarıb. O, vaxtında oyanaraq sayıqlığı itirməyib və yırtıcının dalınca qaçıb. İtə çataraq, azyaşlı oğlunu ondan alıb. Ətrafda başqa bir neçə dinqo da olub və ata uşağını qorumaq üçün onlarla savaşmalı olub. Dinqo sürüsünü qovmağa nail olduqdan sonra yaralanmış oğlu üçün təcili tibbi yardım çağırıb.

Uşaq baş və boyun nahiyəsinin deşici yaraları və kəllə sümüyünün sınığı ilə xəstəxanaya yerləşdirilib. Xilasedicilərin dediyinə görə, uşağın atası vaxtında müdaxilə etməsəydi, bu hücum övladının ölümü ilə nəticələnə bilərdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.