Maraqlı

Dünyada 45 milyon uşaq piylənmədən əziyyət çəkir

19 Aprel 2019 23:25
0 Şərh     Baxış: 846
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakıda Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə elmi-praktik konfrans keçirilir.
 
Milli.Az medicina.az-a istinadən bildirir ki, tədbirin mövzusu piylənmənin idarə olunmasında ən yeni tendensiyalardır.
 
Tədbirdə piylənmə sahəsində dünya səviyyəsində bir sıra elmi tədqiqatların müəllifləri olan xarici ölkələrdən dəvət olunmuş mütəxəsislər iştirak edir. Tədbirdə  Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəsi Fatoş Harmancı çıxış edib. O, Azərbaycanda piylənmə ilə bağlı mövcud vəziyyətdən danışıb.
 
F.Harmancı sözlərinə görə, dünya üzrə 1975-ci ildən bu yana artıq çəkili insanların sayı 3 dəfə artıb. 45 milyondan artıq uşaq artıq çəkidən aziyyət çəkir. Piylənmə əsasən 4 təhlükəli xəstəliyə yol açır. Bunlara ürək-damar xəstəlikləri, diabet, osteartit və xərçəngdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.