Maraqlı

Nə vaxt güzəşt etmək lazımdır?

20 Aprel 2019 22:15
0 Şərh     Baxış: 1 359
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İslam dini əfv və güzəşt etməyi öz davamçılarına həmişə tövsiyə edir. Çünki bu fəzilətli sifət həm insanın özünə və həm də qarşı tərəfə ancaq fayda verir. İnsan ruhunu yüngülləşdirir, məhəbbəti artırır. Cəmiyyətdə hüzuru bərqərar edir.

Elə bir insan yoxdur ki, onun büdrəməsi və ya səhvi olmasın. Ancaq igidlik ondadır ki, onun bu səhvini görməməzliyə vurasan və əfv edəsən. Əgər intiqam hissin alovlansa, o zaman bil ki, bu hiss kinə çevriləcək və sənin imanını yandıracaqdır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Əli (ə) buyurur: "Güzəşt etmək böyük insanların zinətidir".

"Beləliklə kim (hər hansı bir qatil) öz (din) qardaşı (öldürülənin qəyyumu) tərəfindən müəyyən qədər əfv olunsa (qəyyum bütün qisas haqqını, yaxud onun bir hissəsini bağışlasa və ya onu qanbahası ilə əvəz etsə), onda (əfv edən tərəf qalan hissələr barəsində, ya diyənin alınmasında) bəyənilən bir yol seçməlidir və (qatil də) diyəni ona yaxşılıqla (xoşluqla), gözəl surətdə ödəməlidir. (Yerinə yetirilməsi eyni ilə zəruri deyil seçimlə ixtiyari olan) bu (qisas hökmü), sizin Rəbbiniz tərəfindən bir yüngüllük və rəhmətdir. Odur ki, kim əfv etdikdən sonra həddini aşsa (qatili öldürsə), onun üçün ağrılı bir əzab vardır". ("Bəqərə" 178).

Quran buyurur ki, əfv edən insan bunu Allaha görə etməlidir və sonra fikrindən daşınıb, həmin şəxsi öldürməli deyildir. Əgər əfv edirsə, sözünün üstündə durmalı və həddini aşmamalıdır.

Əfv etmək və güzəşt etmək əxlaqi tərbiyəvə malik olan əməldir. Dinimiz buyurur ki, əfvə layiq insanları bağışlayın. Əksinə, o kəslər ki, alçaq və günahkardırlar, onları əfv etmək onların daha çox yolunu azmasına səbəb olacaqdır. İmam Əli (ə) bu haqda buyurur: "Əfv və güzəşt dahi insanları islah etdiyi həddə, alçaq insanları məhv edər".

Beləliklə deyə bilərik ki, dinimiz güzəşt etməyi öz davamçılarına həmişə tövsiyə edən kamil bir dindir. Çünki nəzərə alır ki, əfv etmək cəmiyyətdəki balansı normada saxlayar və insanlar arasında olan sevgi bağlarının möhkəmlənməsinə, dostluqların artmasına səbəb olar. Həmçinin məkarim əxlaqı inkişaf etdirər və insanların nəfsini islah edər.

Ona görə də bu fəzilətli sifətə malik olmağı bacaraq. Allah bağışlayandır, biz bəndələr kimik ki, bağışlaya bilməyək. Allah bizim o qədər günahlarımıza baxmayaraq, bizləri bağışlaya bilir. Biz mömin qardaşımızın bir eybini bağışlaya bilmiriksə, deməli imanımız kamil deyildir.

"Xoş bir söz və (dilənçilərin israr və kobudluqlarını) bağışlamaq, arxasınca əziyyət olan sədəqədən daha yaxşıdır. Allah ehtiyacsız və həlimdir". ("Bəqərə" 263).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.