Maraqlı

Qiyamət günü Allah yanında ən ali məqama bu insanlar malikdir

20 Aprel 2019 23:20
0 Şərh     Baxış: 2 240
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İmam Baqir (ə) buyurur: "Sizlərdən hər biriniz necə ki, özünüzün xeyirxahısınız - başqa qardaşlarınızın da xeyirini istəməlisiniz".

İmam Sadiq (ə) buyurur: "Möminlərə vacibdir ki, davamlı olaraq bir-birlərinin xeyirxahı və nəsihət verəni olsunlar".

Əmirəl-möminin (ə) buyurur: "O kəs ki, eybini sənə göstərər - şübhəsiz ki, onun sənə ürəyi yanır və sənin xeyirini istəyir".

İmam Əli (ə) buyurur: "İnsan üçün heç bir mehriban dost, xeyirxah dost kimi deyildir".

Həzrət Peyğəmbər (s) buyurur: "Allah Təala buyurur: "Mənim bəndəmin Mənə ibadət etdiyi ən yaxşı şey - Mənim üçün xeyirxahlıqdır".

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "Həqiqətən, Qiyamət günü Allah yanında ən ali məqama malik olan insan o kəsdir ki, hamıdan daha çox insanların xeyirxahlığı üçün səy etmiş olsun".

İmam Sadiq (ə) buyurur: "Sizə lazımdır ki, Allah (rizası üçün) Allah xəlqinin xeyirxahı olasınız. Çünki heç bir zaman xeyirxahlıq kimi fəzilətli başqa əməllə Allahla görüşməyəcəksiniz".

İmam Əli (ə) buyurur: "Qardaşına xaliscəsinə nəsihət və xeyirxahlıq et. İstər (sənin nəsihətin onun nəzərində) yaxşı olsun, istərsə də pis".

İmam Sadiq (ə) buyurur: "Möminə vacibdir ki, başqa möminin xeyirxahı olsun. İstər onun başının arxasında olsun, istərsə də o, olan zaman".

İmam Hüseyn (ə) buyurur: "Ey Allah bəndələri! Özünüzü dünya ilə məşğul etməyin ki, həqiqətən, qəbir tək evdir ki, saleh əməl orada faydalı və nicat verəndir. Ona görə də ehtiyatlı olun ki, qəflət etməyəsiniz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.