Maraqlı

Məktəbəhazırlığı Azərbaycan bölməsində oxuyanlar digər dildə təhsil ala bilər?

20 Aprel 2019 21:40
0 Şərh     Baxış: 874

Övladı məktəbəhazırlıq qrupunda Azərbaycan bölməsi üzrə oxumuş valideyn digər dillərdə təhsil üçün də müraciət edə bilər.

Milli.Az azedu.az-a istinadən bildirir ki, amma onların sorğusu sistemə avtomatik olaraq oxuduğu məktəb, bölmə və müəllim üzrə yerləşdirilib. Valideyn öncə sistemə daxil olmalı, övladının qeydiyyatını ləğv etməli, daha sonra digər dildə tədris aparılan bölmə üzrə sorğu yerləşdirməlidir. Daha sonra isə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibə mərhələsində iştirak etməlidir.

Həmçinin məktəbəhazırlığı digər dildə keçən şagirdin də sorğusunu ləğv edərək məhz həmin bölmə üzrə başqa məktəb seçmək hüququ da var. Bu zaman azyaşlının müsahibə mərhələsində iştirak etməsinə ehtiyac yoxdur.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.