Maraqlı

Rus bölməsində oxuyub, 700 bal toplayan məzunlar – İndi haradadırlar? - SİYAHI

20 Aprel 2019 22:40
13 Şərh     Baxış: 4 678

Son günlərdə sosial şəbəkələrdə rus bölməsində təhsil alan şagirdlər barədə müxtəlif fikirlər səsləndirilir.

Bu fikirlərin bəziləri sözügedən şagirdlərin təhsil səviyyələrinin aşağı olması və rus bölməsi üzrə 700 bal toplayan abituriyentlərə rast gəlinməməsiylə bağlıdır.

Milli.Az azedu.az-a istinadənrus bölməsində təhsil alaraq  ali təhsil müəssisələrinə müxtəlif illərdə keçirilən qəbul imtahanlarında maksimum nəticə göstərən şəxsləri diqqətə çatdırır:

Nərgiz İsmayılbəyli

Nərgiz  İsmayılbəyli 1990-cı ildə Bakı şəhərində anadan olub.  2007-ci ildə10 nömrəli tam  orta məktəbi fərqlənmə attestatı ilə bitirib. 2007-ci ildə ali məktəblərə qəbul imtahanlarında  IV ixtisas qrupu üzrə 700 bal toplayaraq Azərbaycan Tibb Universitetinin II müalicə-profilaktika fakültəsinə qəbul olunub. Prezident təqaüdünə layiq görülən Nərgiz 2013-cü ildə isə həmin universiteti fərqlənmə diplomu ilə bitirib. 

2011-ci ildə yay istehsalat-təcrübəsi çərçivəsində İtaliyanın Genuya Universitetinin klinikasında ginekologiya şöbəsində həkim köməkçisi kimi fəaliyyət göstərib. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində   İtaliyanın Roma "La Sapienza" Universitetində  (Universita di Roma "La Sapienza")  "prenatal diaqnostika və dölün patologiyası" ixtisası üzrə magistratura təhsili alıb.

Hazırda Bakıda Ginekoloq olaraq çalışır.

Şahbaba Məmmədov

Şahbaba Məmmədov 1998-ci il oktyabrın 5-də Rusiyanın Sankt Peterburq şəhərində anadan olub.

"Tərəqqi" texniki-humanitar liseyinin məzunu olan Şahbaba Məmmədov 2016-cı ildə 700 balla Azərbaycan Dövlət İqtisad Universitetinə (indiki UNEC-red.)qəbul olunub.

Şahbaba hazırda UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində maliyyə ixtisası üzrə təhsil alır.

Elmir Əhmədov

Elmir Əhmədov  2000-ci ildə Rusiya Federasiyasında anadan olub. 2006-ci ildə Quba şəhər 3 saylı orta məktəbin birinci sinfinə daxil olub. 2017-ci ildə isə Akademik Zərifə Əliyeva adına liseyi fərqlənmə attestatı ilə bitirib.

O, orta məktəbdə müxtəlif illər ərzində Azərbaycan və rus bölmələrində oxuyub.

2017-ci ildə qəbul imtahanlarında maksimum nəticə göstərən Elmir, hazırda Bakı Ali Neft Məktəbində Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi (PAM) ixtisası üzrə təhsil alır. 

Milli.Az

loading...

Şərh yaz:

13 Şərh:

  • Anonim
    Sadiq · 21 Aprel 03:4940

    Harada olacaqlar?Guya bilmirsiz?Təbii ki,Azərbaycanda az maaşla və ruşvətsiz yasaya bilmədikləri ucun digər ölkələrə uz tutublar.

    Cavab yaz
  • Anonim
    Daglı · 21 Aprel 07:4472

    Bu il də rus sektorunda təhsil alan ən azı bir nəfər oglan 700 bal toplayacaq,inşallah.

    Cavab yaz
    • Anonim
      F.S.D. · 21 Aprel 17:3321

      İnşəllah Allah arzusuna və arzunuza çatdırsın, ən yüksək balla tibb universitetinə qəbul olub babasının davamçısı olsun, nüfuzlu həkim adını daşısın. Allah bəxtin taleyin gözəl etsin.Amin

      Cavab yaz
    • Anonim
      F.S.D. · 21 Aprel 18:2410

      İnşəllah Allah arsuna, arzunuza çatdırsın. Çəkdiyi zəhmətin bəhrəsini görsün.

      Cavab yaz
      • Anonim
        Daglı · 21 Aprel 22:5830

        Axşamınız xeyir, amin. Çox sag olun,təşəkkür edirəm)

        Cavab yaz
        • Anonim
          F.S.D. · 21 Aprel 23:4910

          Axşamınız xeyir. Övladlarınızla həmişə qürur duyasınız fəxriniz olsunlar. Bizdə bu xöş xəbərlərə ürəkdən sevinək.

          Cavab yaz
  • Anonim
    qonaq · 21 Aprel 09:0421

    ekseriyyeti de Yale, Harvard, LSE, INSEAD ve s. kimi nufuzlu universitetlerde oxuyurlar, ders deyirler. ay azer xesret gozlerivi ac oxu)))

    Cavab yaz
  • Anonim
    . · 21 Aprel 11:1441

    Duzdu rus bolmelerinde veziyet yaxsi deyil.dovler dili olmadigi ucun diqqet de azdi rusdilli tehsile.basa dusmurem azerbaycanli mecburiyet olmadan neye gore ovladini rus dilinde oxutdurmalidi.bu mene gore insanin milliyetuni deyismrye beraberdi.sovet dovrunden qalma tor tokuntu adetler

    Cavab yaz
    • Anonim
      əkbərşğ · 21 Aprel 12:4832

      qardaş sənin fikrin səhvdir.

      Cavab yaz
    • Anonim
      11:14 · 21 Aprel 13:4910

      instagramda “Maraqli TV” sehifesine bahin.riyaziyyat olimyiyadasinda olan meselenin metnini (piwik) oxuyun. bele meselelere cox ras gelinur. elave olacaq ekserriyet muellimleriin seviyyesi. hele buna gore valideynler rus bolmesini secirler

      Cavab yaz
  • Anonim
    əkbərşğ · 21 Aprel 12:4712

    ay millətçi C.Məmmədqluzadə və bir çoxlari rus dilində yazıblar.Onlar bizim fəxrimizdirşğ.Hansı dildə danışırsan danış fərqi yoxdur bu sənə vətəni sevməyə maniyə deyil.

    Cavab yaz
    • Anonim
      M · 21 Aprel 13:0912

      Cәlil Mәmmәdquluzadә Rusiya imperiyasının tәbәәsi idi. Sәn dә Rusiya vәtәndaşısan?

      Cavab yaz
  • Anonim
    Mamed · 21 Aprel 18:4610

    Sadəcə dəbdir bu. Azərbaycan dilində bəzi səsləri düzgün tələffüz etməyən, ailədə heç birinin orta səviyyədə rus dilini bilməyən valideyinlərin rus bölməsini seçməsi doğrudan gülməlidir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.