Maraqlı

Təyyarədə mobil internetə görə 5463 avroluq qəbz

20 Aprel 2019 23:50
0 Şərh     Baxış: 1 446
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Belçikanın fransızca danışılan kiçik bir hissəsi olan Valonyada bloger olan bir adam, Brüsseldən Dubaya getmək üçün təyyarəyə minir.

Təxminən 6 saat 30 dəqiqə davam edən səfəri boyu kabelsiz interneti istifadə edən sərnişin, uçuş bitəndə etdiyi xərclərlə bağlı xəbərdarlıq mesajı aldı.

Milli.Az chip.az-a istinadən bildirir ki, gələn mesaj qarşısında təəccüb yaşayan bloger istifadə etdiyi operatorun müştəri xidmətlərində alıb. Belə ki, Belçikanın ən məşhur operatorunun istifadəçisi olan bloger uçuş zamanı istifadə etdiyi internet üçün tam 5.463 avro (5.463,17) ödəməli idi. Bunun səbəbi isə təyyarədəki internet əlaqəsinin peyk vasitəsilə həyata keçirilməsi olub.

Hesab 60 avronu keçdikdə avtomatik olaraq bütün xərclərin dayandırıldığını və istifadəçiyə məsələ ilə bağlı xəbərdarlıq məktubu göndərildiyini qeyd edən operator rəsmisi, 5.463 euroluq çeki alan bloggerin bu xüsusiyyəti ağıllı telefonundan bağladığını bildirib. İş həyatlarında ilk dəfə belə bir hadisə ilə qarşılaşan operator rəsmiləri sözügedən istifadəçi ilə görüşəcəklərini və vəziyyəti həll etmək üçün bir həll yolu tapacaqlarını bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.