Maraqlı

Apple şirkəti sürücüsüz avtomobil istehsalına hazırlaşır

20 Aprel 2019 21:55
0 Şərh     Baxış: 714
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Apple bir müddət əvvəl müəllifi olduğu avtomobil layihəsini yeniləyərək yenidən gündəmə gəlib.

Milli.Az chip.az-a istinadən bildirir ki, Apple şirkəti avtomobillərdə istifadə üçün nəzərdə tutulan və gizli saxladığı Lidar sisteminin təkmilləşdirilməsi üzərində çalışır. Belə ki, sızan informasiyalara görə texnologiya nəhənginin avtomobil sənayesinə girmək üçün bəzi şirkətlərlə əlaqələr qurmağa başladığı bildirilir. Şirkətin daha öncələr tərtib etdiyi Titan layihəsinin davam etdiriləcəyi yaxud da fərqli texnoloji sistem qurması barəsində hər hansısa məlumat hələki məlum deyil. Ancaq sürücüsü olmayan avtomobil modelindən istifadə olunması gözlənilir. Prosesin gerçəkləşməsi üçün LiDAR texnologiyasından faydalanmaq niyyətində olan şirkət bu istiqamətdə fəaliyyətini cəmləşdirmişdir.

Lidar sistemi nədir?

LiDAR lazerlərin köməyi ilə yer və ya obyektin məsafəsini müəyyən edir. Lazer şüaları ətraf mühitə göndərilir və müxtəlif obyektlərə quraşdırılmış şüa qəbul edici qurğular vastəsi ilə geri qaytarılır. Beləliklə həmin qayıtma zaman müddəti hesablanaraq müvafiq məsafə meyarları ölçülür. Sensorlar və GPS qəbuledicilər əsasında yaradılmış sistem bu gün bir çox sahələrdə istifadə edilə bilər. Nümunələr arasına tikinti sektoru, dəniz dibinin öyrənilməsi və ya  nəqliyyat vasitələrinə tətbiq olunması daxildir.

Apple-nin daha öncələrdən sürücüsüz avtomobil istehsal etmək istəyi artıq bəlli idi. 2000-ci illərdə LiDAR sistemlərində istifadə edilən sensorlar sayəsində onlar qarşılaşdıqları obyektlərin şəkillərini müəyyən edə bilirdilər. Şirkət LiDAR sisteminin bu özəlliyindən faydalanaraq Tesla şirkətini geridə qoymağı planlayır. Məlumata görə, Apple avtomobillərinin tam olaraq istehsalçısı olmaq istəyir ancaq bununla bərabər digər avtomobil şirkətləri ilə əlaqələr qurmağa davam edir. Apple-nin bu məsələdə maliyyə cəhətdən  problemlərinin olduğu bildirilir. Hazırda Lidar texnologiyaları 75.000 dollar dəyərə malikdir. Eyni zamanda prosesin gerçəkləşməsi üçün böyük həcmlərdə başqa cihazlarda tələb olunur. Bu səbəbdən  Apple 1 milyard dollar yatırım edib.

Elon Muska görə isə Lidar sistemi çox şişirdilir. Çünki Tesla markasının bəzi sensorlar, radarlar və kameralar vastəsi ilə bu işin öhdəsindən gəldiyini düşünür. Apple isə Tesladan daha ön planda olmaq üçün avtomobilini bütün dəqiqliyilə istehsal etməkdə maraqlıdır. Hətta avtomobil sahibi qapını çırpdığı zaman avtomobilin qapısı özünü yavaşca örtəcək bir sistemdə qurulur. Məlumata görə Apple avtomobillərində Chrysler mühərrikini istifadə edəcək.  Apple Lidar sistemlərini yaratmağa nail olsa kommersiya və avtomobil sənayesində təchizat cəhətdən  digərlərini ötüb keçəcəyi gözlənilir. Çünki UBER və Google kimi firmalar öz avtomobilləri üzərində çalışırlar. Volkswagen və Ford kimi avtomobil istehsalçıları isə bu sistemləri daxil etməyə çalışırla.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.