Maraqlı

CoinMarketCap yeni mobil tətbiq buraxdı

20 Aprel 2019 22:55
0 Şərh     Baxış: 816
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kriptovalyutaların qiymətləri haqqında ən populyar resurslardan biri olan CoinMarketCap.com Android üçün ilk mobil tətbiqi buraxdı və paralel olaraq iOS üçün olan versiyasını yenilədi.

Milli.Az chip.az-a istinadən bildirir ki, yeni mobil tətbiqdə olan funksiyalar vebsaytda hələ ki, yoxdur. Bu funksiyalar - portfelin izlənməsi, kriptovalyutaların paralel müqaisəsi və qiymətlərin dəyişməsi barədə xəbərdarlıq edilməsidir. İstifadəçilər yeni mobil tətbiqdə profil yaratmaqla öz portfellərini və siyahı üzrə qabaqcdan müəyyən edilmiş məlumatları izləyə biləcəklər. Bu profillər həmçinin qiymət dəyişikliyini daha tez izləmək və qərarlar qəbul etmək üçün imkan yaradan müxtəlif cihazlar arasında sinxronizasiya edilə bilər.

CoinMarketCap-ın marketinq departamentinin rəhbəri Carylyne Chan mütəmadi olaraq daxil olan rəy və təkliflərə əsasən mobil tətbiqi yeniləməyə davam edəcəklərini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.