Maraqlı

İrina ilə Ronaldonun yalanı üzə çıxdı

19 Aprel 2019 13:59
1 Şərh     Baxış: 3 314
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın tanınmış televiziya aparıcısı Viktoriya Bonya qalmaqala səbəb olacaq açıqlama verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, aparıcısı olduğu proqramda rus model İrina Şeyk barədə şok iddia irəli sürüb.

Viktoriya qeyd edib ki, İrina ilə "Yuventus"un futbolçusu Kriştianu Ronaldonun münasibəti saxta olub: "İrina Ronaldo ilə 5 illik müqavilə imzaladı. Bitəndən sonra isə ayrıldılar. İndiki qadınlar hər şeyə razı olurlar. Ronaldonun indiki sevgilisi Corcina Rodriqeslə münasibəti də saxtadır, müqavilə bağlayıblar. Mən heç vaxt belə bir şey etməzdim. Həqiqi ailə və ər istərdim".

TV ulduzun açıqlaması qısa müddət sonra dünya KİV-lərində dərc olunub, sosial şəbəkələrdə müzakirələr yaradıb.

Qeyd edək ki, Şeyklə Ronaldo 2010-2015-ci illərdə sevgili olublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.