Maraqlı

Apple HomePod 2 barəsində yeni məlumatlar var

19 Aprel 2019 23:45
0 Şərh     Baxış: 879
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AppleInsider saytının jurnalisltələri yeni nəsil Apple HomePod smart səsgücləndiricisi barəsində yeni məlumatlar aşkar ediblər. Bu barədə Macdigger saytı xəbər verib.

Milli.Az technote.az-a istinadən bildirir ki, beləliklə məlumata əsasən yeni nəsil HomePod öz istifadəçisinin yerləşdiyi yerə adaptasiya olmağa imkan verəcək təkmilləşdirilmiş intellektual stereosəs sistemini əldə edəcək. Smart səsgücləndirici avtomatik şəkildə istifadəçinin otaqda yerləşdiyi yeri təyin edəcək və əldə olunmuş məlumatlar əsasında səsin əks olunmasını və onun gücünü tənzimləyəcək.

Əgər otaqda bir neçə insan olsa onda səsgücləndirici hər bir insan üçün individual səs zonasını yaradacaq. Bundan əlavə olaraq yeni nəsil HomePod avtomatik deaktiv olunma özəlliyinə də sahib olacaq. Belə ki, əgər istifadəçi otağı tərk etsə HomePod avtomatik şəkildə deaktiv olunacaq. Təəssüflər olsun ki, yeni nəsil HonePod-un təqdimat tarixi barəsində heç bir məlumat yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.