Maraqlı

Play Store gücləndi

18 Aprel 2019 23:15
0 Şərh     Baxış: 978

"Google" şirkəti "Play Store" onlayn mağazasının təhlükəsizlik siyasətində dəyişikliklər edib. Nəticədə zərərverici "Android" proqramlarının tərtibatçıları öz məhsullarını sözügedən mağazada daha dərc edə bilməyəcəklər. Məsələn, "Google" şirkəti "Android API" üçün yeni məhdudiyyətlər tətbiq edib və indi hər bir proqram "Play Store"də dərc edilməzdən öncə məcburi surətdə mürəkkəb yoxlamadan və təhlükəsizlik testlərindən keçməlidir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, digər təkmilləşdirmələrə proqramların avtomatlaşdırılmış vasitələr tərəfindən deyil, insanlar tərəfindən yoxlanılmasını göstərmək olar. Bundan başqa, tərtibatçılar artıq "Android"in xidmətlərindən sui-istifadə edə bilməyəcəklər, proqramlar üçün bəzi xidmətlərə (məsələn, zəng və SMS jurnallarına) giriş əldə edilməsində məhdudiyyətlər tətbiq edilib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.