Maraqlı

Qəbir qazarkən yerdən insan sümüyü çıxarsa, nə etmək lazımdır?

18 Aprel 2019 23:35
3 Şərh     Baxış: 1 464

Əvvəla, bir şəxsin cənazəsinin qalıqları torpağa qarışıb aradan getməyincə, onun qəbrində başqa şəxsi dəfn etmək olmaz. Belə ki, qəbirdəki cənazənin aradan getmədiyi ehtimal olunursa (basdırıldığı vaxtı və o yerin iqlim şəraitini nəzərə almaqla), qəbri açmaq icazəli deyil.

Milli.Az islam.az-a istinadən bildirir ki, amma qəbirdəki əvvəlki cənazənin qalıqları aradan getmisşə, orada başqa cənazəni dəfn etməyin eybi yoxdur. Bəzən qəbri qazarkən orada olmuş əvvəlki qəbirdən və ya süxurların sürüşməsi nəticəsində ətrafdakı qəbirlərdən insan sümüyü aşkara çıxır. Bu halda həmin sümüyü başqa bir yerdə dəfn etmək lazımdır. Sümüyə qüsl vermək tələb edilmir. Müstəhəbdir ki, onu təmiz bir parçaya (kəfən əvəzinə) büküb hörmətlə basdırsınlar.

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    SS · 19 Aprel 01:4200

    Cox menasiz sualdi..

    Cavab yaz
  • Anonim
    aea · 19 Aprel 09:3510

    Gic-gic danışırlar... Bu saat haranı qazsanız sümük çıxacaq, Nüçə eralardır insanlar ölür basdırılır... Zəlzələlər, vulkanlar, qasırğalar, sellər və s. təbii fəlakərlər nəticəsində minlərlə insan tələf olub torpaq altında qalır...

    Cavab yaz
  • Anonim
    aea · 19 Aprel 11:1720

    Ən yaxşısı dabanınıza tüpürüb qaçmaq lazımdır, arxaya baxmadan....)))

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.