Maraqlı

Baş ağrısını kəsən 5 məşq üsulu - FOTOİZAH

18 Aprel 2019 21:05
13 Şərh     Baxış: 1 477
Tez-tez ortaya çıxan baş ağrıları gündəlik həyat tərzinizdə səməriliyi aşağı salır. Baş ağrısı, ürək bulanma, ürək çatışmazlığı və görmə probleminiz varsa, mütləq əzələlərinizi mütəmadi hərəkət etdirməlisiniz.
 
Milli.Az medicina.az-a istinadən bunun üçün 5 məşq qaydasını təqdim edir.
 
 Dik durub önə əyilmə hərəkəti
 
 
- Nəfəs alın və omba qismindən aşağı əyilin.
 
- Dizlərinizi bükmədən düz formada əyilə bildiyiniz qədər əyilin.
 
- Ayaqlarınızı tutaraq özünüzü biraz da çəkin. Bədəninizə dəstək verin.
 
- Düzgün nəfəs alıb-verməyə davam edin. Hər nəfəs verdikdə biraz daha əyilin.
 
- Bu duruş formasında 30 saniyə və yaxud 1 dəqiqə dayanın. Mövcud vəziyyətdən çıxanda nəfəs verin, belinizi düzəldin, dik şəkildə dayanın.
 
Bardaş qurmaq forması
 
 
Qamətinizi düz tutaraq  əllərinizi dizlərinizə qoyun. Qasıqaltı əzələlərinizi açmağa çalışın. Əllərinizi dizlərinizdə sərbəst saxlayın. 20-30 saniyə bu formada dayanın. Belə formada dayanmaq bədəndə qanın hərəkətini stimullaşdırır. Daxili orqanlarda detoks rolu oynayır.
 
Ayaqlarınızı divara uzatma pozası
 
 
- Ayaqlarınızı dik və paralel şəkildə tutun
 
- Qollarınızı və ovuclarınızın yana doğru uzadın
 
- Dərin nəfəs alıb, bu şəkildə dayanın.
 
- özünüzü rahat hiss etmirsinizsə, belinizin altına yastıq qoyun.
 
- 30-40 saniyə bu pozada dayanın.
 
- Bu, zehni qabiliyyətinizi artıracaq, əsəblərinizi sakitləşdirməyə kömək edəcək.
 
 
Körpü idman hərəkəti onurğa, boyun və çiyinlərə gərginlik verir və bu bölgələrdəki sərt əzələləri rahatladır. 
 
Körpü duruşu üçün arxası üstə uzanın. Şəkildəki kimi dabanlarınızı yerə basın, dizlərinizi bükün. Ayaqlarınızı ombanız bərabərində tutun, əlləriniz və qollarınız yanlarınıza düz formada saxlayın. 
 
Belinizi yavaş-yavaş aşağı yuxarı endirib qaldırın.
 
 
Bu hərəkət onurğa, boyun və çiyinlərdə gərginlik yaradır. Nəticədə həmin nahiyələrdəki əzələlər boşalır. 
                
Ayaqlarınızı birləşdirin, ombanızı yuxarı qaldırın.
 
 
Başınızı aşağı əyin qollarınızı qabağa uzadıb, düz saxlayın. Bu mövqedə ən azı üç dəfə dərindən nəfəs alın. Bu vəziyyət, arxanızda və çiyinlərinizdə gərginliyi azaldır, beyninizə qan axını yaxşılaşdırır.

Milli.Az

loading...

Şərh yaz:

13 Şərh:

  • Anonim
    Papatya · 18 Aprel 21:2030

    Bunlar menim baş agrimi kesecek?:) Daha da artirar. Ustelik bas agrisi keçsin isteyerken, belimi de agridar:)

    Cavab yaz
    • Anonim
      ~~~ · 18 Aprel 21:5010

      Keçən dəfə burda oxudum elə.Qulağın aşağı uc hissəsinə şpilka vurursan guya baş ağrısı kəsir. Mən də elədim ağrı kəsməkdənsə,daha da əsəbiləşdim)

      Cavab yaz
      • Anonim
        Papatya · 18 Aprel 22:0310

        Ay Dalğa kefsene:)) etmisen dogurdan da:) men neceb rastlamamişam bu xebere. belke sendeki cox berk spilkalardan olub. :)Men qizi eylendirmek ucun taxiram herden qulağima, saçima gulur, mama çox eylencəli deyir. Başin içi salamat olmayandan sonra şpilka neynesin:) Vallah men de yatmaği, uzanmagi seçirem, yene de keçmese derman atiram. Menim ele yönnü basim yoxdur..oz xoşuyla keçmir.

        Cavab yaz
        • Anonim
          ~~~ · 18 Aprel 22:3400

          Yox yumşaq şpilka vurub oturdum)Gözlə ki gözlə)Təsir etmədi.Mən dərman ata bilmirəm uşaqlıqdan. Ürəyim bulanır,boğazımda qalır.Məcbur dözməli oluram.

          Cavab yaz
          • Anonim
            Papatya · 18 Aprel 22:5100

            :))dozerem, amma biraz it kimi oluram agridan. Normal halimdan çixmayim deye atiram) oğul bala necedi? Neynir paşam? Opurem onu.

            Cavab yaz
            • Anonim
              ~~~ · 18 Aprel 23:0500

              Elə mən də helə oluram)Amma kimi tutacam?)Böyüklərə edə bilmərəm, uşaqdan da hirsimi çıxan deyiləm)Əksinə onu qucaqlayıb gözümü yumub sessizce ezab çəkirəm.O da sağolsun həqiqətən uşaq da olsa başım ağrıyanda hiss edir, incitmir məni qaçaq,oynayaq deyə.Sakit uzanıb yanımda multfilmə baxır.Çox sağol yaxşıdı şükür.Mən də sənin mələk qızını öpürəm.Gecəniz xeyrə.

  • Anonim
    Papatya · 19 Aprel 11:2700

    Dalga, her vaxtin xeyir. Senden bir sey soruşum baci. Uşaga geceler pampers taxirsan? Men hele de taxiram. Cunki gece edir. Yeqin ki hele normaldi. Balacadi. Ya da verdiş. Bilmirem nece tergidim? Bezen fikirlesirəm gece durguzum elesin, amma ureyin gelmir yuxudan oyatmağa.

    Cavab yaz
    • Anonim
      ~~~ · 19 Aprel 14:3800

      Salam Papatya.Dünən uşaqlarla bağlı bir mövzuda şərhini gördüm,istədim uşağa hələ də pampers taxırsanmı deyə soruşam,sonra fikrimdən daşındım. İndi bu şərhini görüb gülümsədim)Mənim soruşmaq istədiyimi soruşduğunçun)Hə,ancaq gecələr qoyuram pampers.Çünki demir gecələri.Neçə dəfə islanıb,qarnı-başı su içində, üstü də mən oyanıb örtənədək açıq qalır,soyuq olur.Eləmədiyi vaxtlarda olur.amma mən hər ehtimal istifadə edirəm hələki.

      Cavab yaz
      • Anonim
        Papatya · 19 Aprel 16:0000

        Ureyini oxumuşam demek) he bu menim de başima gelib. Men de birden eleyer bilmerem deye bağlayiram. Eleyir onsuzda..herden olar ki, elemesin. Belke de suyu cox icirler ondandi. Bilmirem. Mamam deyir isteyirsen gece durguz eletdir. Ne bilim oyatmamişam yuxudan. Yeqin boyudukce tergiderler. Men qarnini yungul şalla baglayirdim hemise ustunu acar, soyuq olmasin deye.

        Cavab yaz
        • Anonim
          ~~~ · 19 Aprel 16:4000

          Düzü hələki düşünmürəm gecə oyatmağı.Özü bəzən yuxu görür nədirsə gecə oyanıb mama deyib çağırır ağlayır.Qucaqlayıram,sığallaya-sığallaya yatızdırıram yenidən.Bir də özüm məcbur oyatsam uşağın yuxusu ,əsəbi lap pozular deyə narahat etmirəm.Zamana buraxıram. Yavaş-yavaş yoluna düşəcək.Özü gecə oyanıb deyəndəki gedək onda artıq pamperslə qurtaracağıq)Yəqin ki 4-5 yaşına kimi çəkəcək hələ.

          Cavab yaz
          • Anonim
            Papatya · 19 Aprel 16:5400

            He insaAllah:) menim qizim da yuxuda danişandi. Sozler deyir. Nese danişir. Evveler onda da vardi, yuxudan oyanib aglamaq. Yuxudan duranda da seherler aglaya aglaya mamaaa meni cagirirdi..men getmesem heckimi durguzmaga qoymur. İndi basa salmişam ki, oyananda duş kravatdan gelir. Herden dusub gelir. Tappa tap. Dalğa batil inanclara inanmasam da, amma dede babadan arvadlar qoyardiye usagin balisin altina nese .men de dua kitabçasi qoymusam balaca. ) Felak, nas sureleri olan.

            Cavab yaz
  • Anonim
    ~~~ · 19 Aprel 18:0900

    Mən də qoyuram balışının altına balaca Qur'an kitabıdı.Nənəm vermişdi.Üzərinə sancaq taxma,başının altına çörək,bıçaq qoymalar mənimçün uşaq vaxtı istifadə edilsə də,onları biraz təhlükəli hesab etdiyimçün uşağa eləmədim.Çünki sancaq açılıb sinəsinə batar, boğazına gedər,bıçaq da eşələnirik səhərə qədər yerimizdə)Birdə gördük əlimizə keçdi doğramışıq özümüzü)Çörək də quruyub ovulur,əzilir.günahdı.Onunçün ən yaxşısı,rahatı Qur'an kitabıdı.Bizimki birinci durur məni oyadır.Ya da görürəm oturub kravatında çağırır gəlib götürürəm. Məndən başqa heç kimə razı deyil.Başqasını görsə qiyamət ağlaşma qoparır)

    Cavab yaz
    • Anonim
      Papatya · 19 Aprel 20:4500

      Coreyi menim mamam da qoymuşdu..goturmuşem..sancagi ise ne yatagina, ne ustune asmamişam. Paltarin biraz cirkelenen kimi, adi lekeye gore deyisirdim. Sancagi da cixart her defe o birine tax, sebrim çatmazdi)

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.