Maraqlı

Xroniki yorğunluq sindromundan əziyyət çəkənlər üçün - Xüsusi reseptlər

18 Aprel 2019 22:50
1 Şərh     Baxış: 2 774
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müasir zamanda demək olar ki, hər 3 nəfərdən 2-si xroniki yorğunluqdan əziyyət çəkir. 
 
Milli.Az medicina.az-a istinadən sizə xroniki yorğunluğu aradan qaldırmaq üçün ən yaxşı 5 resepti təqdim edir: 
 
1. Qoz. Bir stəkan qoza eyni miqdarda bal və limon götürün. Qozu və limonu xırdalayın. Üzərinə bal əlavə edərək qarışdırın və soyuducuya qoyun. 2 həftə boyunca gündə 3 dəfə olmaqla 1 x/q için.
 
2. Yeni sıxılmış üzüm şirəsi. Özünüzü gümrah hiss edənə kimi yeməkdən əvvəl  gündə 2 x/q qəbul edin. 
 
3. Şam ağacı. Şam ağacının yarpaqlarını yuyun. Sobada 15 dəqiqə ərzində qurudun, xırdalayın. Daha sonra 2 x/q şam yarpağının üzərinə 200 ml qaynar su tökərək aşağı odda 30 dəqiqə qaynadın. Üzərinə 3 x/q bal əlavə edib 1 saat saxlayın. 10 gün ərzində yatmazdan əvvəl 1 x/q qəbul edin. 
 
4. Tələb olunanlar: 200 ml süd, 1 x/q bal və 0,5 st çobanyastığı çiçəyi.
 
Çobanyastığı çiçəyini südə tökərək qaynadın. Balı onda həll edərək soyudun. Süzərək yatmazdan əvvəl için. 
 
5. Tələb olunanlar: balqabaq toxumu, bal və konyak. 
 
0,5 stəkan təmizlənmiş tumları bal ilə qarışdırıb üzərinə 2 x/q konyak əlavə edin. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.