Maraqlı

23 yaşlı qız gərnəşəndə insult oldu – İnanılmaz hadisə

18 Aprel 2019 23:40
3 Şərh     Baxış: 3 991

23 yaşlı Natali Kuniski axşam yatağında ikən film izləmək qərarına gəlir. Yatmazdan əvvəl o gərnəşib və boynunu şıqqıldadıb. Bu zaman o, xırçıltı səsi eşitsə də, buna əhəmiyyət verməyib. Artıq 15 dəqiqədən sonra Natali sol ayağının hiss etmirdi.
 
Milli.Az medicina.az-a istinadən bildirir ki, zərərçəkmişi təcili olaraq xəstəxanaya çatdırıblar. Kompüter tomoqrafiyasından sonra həkimlər xəstənin onurğa arteriyasının zədələnməsi səbəbindən beyində qan laxtasının yaranması və buna bağlı olaraq da insult əmələ gəldiyini müəyyən ediblər.
 
Həkimlər xəstəlin əməliyyat etsələr də, trombu çıxara bilməyiblər. Buna görə də xəstənin sol tərəfində az da olsa iflic qalıb.
 
Hal-hazırda Natali mütəmadi etdiyi fiziki terapiya nəticəsində 5 dəqiqə müddətində sərbəst gəzə, paltarını geyinə bilir.
 
"Mən siqaret çəkmirəm, içki içmirəm, ailəmdə insult keçirən heç kim olmayıb. Buna görə də mənim yatarkən insult keçirməm çox qəribədir" - deyə o bildirib.

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Ququ · 19 Aprel 07:1202

    Boynuvuza niyə əziyət verirsiz niyə siqqılladirsiz avamlar

    Cavab yaz
  • Anonim
    Ququ kelle · 19 Aprel 09:1610

    Aqillisan de sen guya ))

    Cavab yaz
    • Anonim
      Ququ · 19 Aprel 12:0000

      Yaxsiki söz tapırsan ay ağıllı

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.