Maraqlı

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

23 Aprel 2019 08:45
74 Şərh     Baxış: 2 606

Milli.Az kompüteriniz üçün maraqlı fotoları təqdim edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

74 Şərh:

  • Anonim
    ƏSİ. · 23 Aprel 09:0340

    Günaydın.Hər vaxtınız xeyirlərə calansın☺️.Mələyim,çox sağ ol.Bu gün də 9-cu şəkli mən sənə hədiyyə edirəm.2-ci fotodakı güllər də xanım şərhçilərimizin...9-cu şəkil daha çox diqqətimi çəkdi,amma dünənki şəkillər daha ürəkaçan idi:).

    Cavab yaz
    • Anonim
      Melek b · 23 Aprel 09:2860

      Salam ESI xanim (****)☺❤❤❤

      Cavab yaz
  • Anonim
    ƏSİ. · 23 Aprel 09:0630

    Gün bozdu yenə.Çiskinli,yaş hava bu durğunluqdan daha yaxşıdı amma neynək,yenə qərəmət basacaq bizi☺️.Papatya,dünənki paylaşımların maraqlıydı.Fikirləriniz də,həmçinin.Tam mənlik mövzular:).Heyif gec oldu deyə yaza bilmədim...

    Cavab yaz
    • Anonim
      Papatya · 23 Aprel 10:1330

      Sabahin xeyir Əsi. Oxudum mektubunu. Cox tesirli, duyğulu yazmisan. Men de yazacam birazdan ozume mektub) qoy o da millinin tozlu sehifelerinde oz yerini tutsun. İller sonra rastlaram belke) şekillərden sonuncunu beyendim, benovşeyi gullər ise, bacimin.

      Cavab yaz
  • Anonim
    Melek b · 23 Aprel 09:0850

    Hamiya salamlar.2 sekil ESI xanimin(*****).6.8 FSD xanimin(*****).5 sekil Eskamin(****)Gunesim gel bir gulmeli soz deyim.bilirsen cox vaxt men sayta girende yemek vaxtlari olur.Sabalidin marifetide)))))❤❤❤❤❤

    Cavab yaz
  • Anonim
    ƏSİ. · 23 Aprel 09:1240

    Ürək,mənim ağıllı Rapunzerim çox gözəl ad düşünüb,mən də bəyəndim.Şabalıdın da bəxti gətirib məncə☺️❤️.Zəhra,həssas qızsan.İçindən gələnləri yazmağın çox yaxşıdı.Qafiyə,ya da şeir formasında olması şərt deyil.Ümumiyyətlə janr haqqında çox düşünmə.Əsas sənə yaxşı hiss etdirsin:)..Musviq,sizi də səhifədə xoş gördüm:)..

    Cavab yaz
    • Anonim
      Zəhra · 23 Aprel 16:3700

      Salam. Əsi xanım. Çox sağolunn. Bəli biraz həssas biriyəm. Ya da çox həssasam.))). Çalışıram daha yaxşı olsun həmişə. Şeir yazmaq çətin deyil əsas odur ki, insanda həyat eşqi, ruh yüksəkliyi olsun. Siz məndən yaxşı bilərsiz bunları. İçimdən gələnləri yazdım. Mən dərdlərimlə kimisə narahat etmək istədiyimə görə şeirlərə danışıram dərdimi. Çox sağolun. ❤️❤️❤️❤️❤️

      Cavab yaz
      • Anonim
        ƏSİ. · 23 Aprel 17:0500

        ❤️☺️tam razıyam:).O zaman sənə həyat eşqi,ruh yüksəkliyi arzu edirəm,Zəhra.

        Cavab yaz
        • Anonim
          Zəhra · 23 Aprel 18:3900

          Çox sağolun. ))))).

          Cavab yaz
  • Anonim
    ƏSİ. · 23 Aprel 09:1860

    “Salam,balaca qızcığaz”deyə başlayır mənim dönüşlərim,adətim üzrə.Sonra davam edir,həmin dönüşlərin həssas halları ilə...Burdan sənə səslənirəm,tam orta yaş xəttinin üstündə dayanmışam.Yadında,sən də vaxtıilə,tam gənclik xəttinin üzərində olanda bappalaca qızcığazı səsləmişdin,eşitməmişdi.Başı oyunlara qarışmışdı.Sən həmin gün gizləmişdin onu içindəki,ən gizlin küncə...Qüsursuz bir sənətkardı o,atasının fəxrlə bütün nəsilə tanıtdırdığı.Çox da məsumdu,hamının qayğısına qalmağa çalışan balaca.Elə həmin günlərin hədiyyəsidir sənə,hamının arzuladığı uşaq,insan olmağın ağırlığı..Dörd balaca qızcığazın içində seçilmək heç yaxşı bir şey deyilmiş halbuki.Sənətkar olmaq heç də yaxşı bir şey deyilmiş.Qayğısız olmaq var ikən,həqiqətən ağılsızlıq imiş sənin düşündüklərin.Amma sən heç vaxt”kaş ki” demədin.Çünki həmişə bilirdin faydasız olduğunu...Ya da,yenə,o yanında böyüyən qızcığazlardan daha şanslı olduğun üçündü:(.

    Cavab yaz
  • Anonim
    ƏSİ. · 23 Aprel 09:2160

    Hər dəfə onlar səhvlər edib,bağışlanmayanda,hər dəfə onların uğursuzluqlarını görəndə”allaha”verdiyin sualların yadına düşür.Niyə sən yox,onlar?Ən çox da,daha da mükəmməl olmağa çalışmağın əzmi səni taqətdən salanda,o günlərin bu günlərə təsirinin daha dərin,daha ağır olduğunu hiss edirsən.Mükəmməl,məsuliyyətli,hər şeyin ən düzgününü etmək üçün çalışan balaca qızcığazın özünə etdiyi ən böyük pislikdi bu.Oyun oynayanda belə”görəsən heç nə unutmamışam ki?Hər şeyi etmişəm?Görəsən böyüklər narazı qalmaz ki?”.Hər dəfə tərifdən qaçmağın da yadındadı,hər halda.Tərifə nifrətin də,o günlərin hədiyyəsidir:(.Niyəsini bilirdin necə olsa.Və hər dəfə,təkrar təkrar daha böyük pisliklər edirdin.Təkcə özünə??Yox,yanında böyüyənlərə də...Günahkar idin,bunu sən də,onlar da bilirdi...Və heç vaxt dəyişmədin...Dəyişə bilmədin,çünki bu sənə böyüklərinin və o günlərin hədiyyəsi,tələbi idi...

    Cavab yaz
  • Anonim
    ƏSİ. · 23 Aprel 09:2260

    Sevgisiz böyüyən nəsillərin yetirməsiydik biz.Saçımıza sığal çəkilsə də,sevgi ilə qucaqlansaq da,daha çox tələblər qoyuldu qarşımıza.Onların tələblərinə uyğun,onların həyat prinsiplərinə uyğun yaşaya yaşaya formalaşdıq.Çünki eyni mükəmməliyyət onlardan da tələb edilmişdi.İndi biz də həmin şeyləri təkrar edirik.Çünki biz böyüklər uşaqlardan həmişə mükəmməl olmasını istəyirik,istəmişik.Biz böyüklər bir zamanlar öz uşaq qəlbimizin istəklərini,tələblərini unutmuşuq.Hərdən özümə nifrət edirəm.Niyə bu qədər eqoistsən deyirəm?Adına analıq dediyim,guya qorumaq adına göstərdiyim həssaslıqdan nifrət edirəm.Burax səhv etsinlər,burax istədiklərini etsinlər.Axı bunları sən özün də etmək istəmisən.Bu onların ən təbii haqqıdır,bu onların keçdikləri yaşın tələbidir deyirəm,amma nə fayda:((.Mən də,mənə edilənləri edirəm...

    Cavab yaz
    • Anonim
      ~~~ · 23 Aprel 12:3520

      Məktubunuz xəyalımda qısa metrajlı filmə çevrildi bir an. O balaca qızcığazda həm də özümü gördüm deyə biraz da kövrəldim. Dünən Papatyanın paylaşımlarını oxuyarkən,mən də eynən /əsl Esi xanımlıq mövzü/deyə ağlımdan keçirmişdim :) Birdə yeri düşmüşkən deyim,Celine Dion /a new day has come /Pride &Prejudice klipindəki Elizabet xarakterini sizə benzedirəm nədənsə. (Aktrisa kimi yox obraz kimi)Məhz o klipdə, o mahnı ilə.Yəni ilk dəfə qarşıma çıxanda siz ağlıma gəldiniz.

      Cavab yaz
      • Anonim
        ƏSİ. · 23 Aprel 17:2110

        ☺️O klip,o mahnını çox sevirəm.Kitabını oxuyanda da çox təəccüblənmişdim,qəribə hiss etmişdim.Sənə bir söz deyim,Dalğa?Hamı yatanda,atamın kitablarından götürüb gizlincə bağa qaçardım.Ən sevdiyim saatlarıydı o iki üç saat.Hamı yayın istisindən,günün yorğunluğundan yatmağa qaçanda,mən xəyallar aləmində,hamını analiz edərdim.Hələ kitabda müxtəlif insanların təsviri,hissləri ilə uzlaşdırardım onları.Kimin nə düşündüyünü,üzündəki ifadədən başa düşər,onun yerinə qoyardım özümü.Hamını anlamağı ta o vaxtdan öyrənmişdim,empatiya qurmağı da.Deyəsən elə uşaq vaxtından yaşlanıbmışam:).Belə isə,heç kimə tövsiyyə etmirəm mənim kimi olmağı.Heç yaxşı bir şey deyilmiş,yaşadıqca öyrəndim:)

        Cavab yaz
        • Anonim
          ~~~ · 23 Aprel 21:4800

          Elizabet qürurlu,ağıllı qadın kimi sevdiyim xarakter olub.Aktrisa da rola tam uyğun seçilib.Mahni,klipi bəyənib sevmənizə də sevindim.Hardasa haqlıymışam demək :)

          Cavab yaz
  • Anonim
    ƏSİ. · 23 Aprel 09:2350

    6-16 və indiki yaşda çox məktub yazmışam özümə.Tam üç böyük qeyd kitabçası.Burda yaza bilmirəm:).Niyəsi məlumdu.Kiçik bir keçid qeyd etdim...Qarışıq...Bu arada,tam da indi,orta yaşımda yenə eyni şeyləri edirəm.Yenə hamının nə nifrət edə bildiyi,nə də sevə bildiyi həmin o insanam.Heç nə dəyişməyib.Sadəcə bir az da böyüyüb,daha da ağırlaşıb:).

    Cavab yaz
  • Anonim
    Əsranur · 23 Aprel 10:1820

    Qızlar,sabahınız xeyir.Əsi,məktubundan ilhamlanıb,mən də özümə məktub yazacağam.Ramaşkam,Mələyim,Zəhra,Ebru(************)

    Cavab yaz
    • Anonim
      Papatya · 23 Aprel 11:3410

      ❤❤❤

      Cavab yaz
    • Anonim
      Zəhra · 23 Aprel 16:3300

      ❤️❤️❤️☺️

      Cavab yaz
  • Anonim
    Əsranur · 23 Aprel 10:3051

    Özümə məktub:Ay özünə vecni bir problem eşələyib tapan insan!!Sən haçan özünçün yaşayacaqsan??Uşaqlığını əlindən gəlinciyini alıb,yerinə bacını verdilər-ona həsr etdin.Uşaqlıq sevincin -qardaşının bütün məktəb boyu üstünə yığdığı tozu yuduğun məktəb formasını zivəyə asman,bacını böyütmən,işdən evə yorğun gələn ananın qulkuğunda durmaq oldu.Böyüdün,ailə qurdun,ömrünü-enerjini rayondan Bakıya sudan səbəblərlə gələn lazımsız adamların qulluğunda durdun.Ana oldun-bu dəfə onlar var deyə yaşadın.Onlatın ciyərilə yaşadın.Onları böyüdənə qədər ürəyin hər dəm ağzında oldu.İndi onların yükü azalmışkən,gedib bir itə sahib çıxmağa qərar verdin.Ay qılınc müsəlman,xəbərin varki sən 3 gündür üzünə krem,saçına daraq vurmursan,gecə 4 dəfə miyoldayan balaca üçün yuxuna haram qatmısan?Telefon düşməyən əlindən indi pol əskisi düşmür??Bu qədərmi düşmənsən özünə,ay insan???Cavab verməyə bilərsən.Çünki,sən düzəlməyəcəksən.Sən həmişə başqaları üçün yanmısan.Öl öldüyün yerdə,itə yer tap ver,özünə yazığın gəlsin.

    Cavab yaz
    • Anonim
      ~~~ · 23 Aprel 12:4520

      :)) Əsranur xanım, özünüzə divan tutdunuz lap) Bəzən özümə acıqlananda,güzgünün qarşısına keçib öl deyə özümə hirslənməyim var,sonra da yazığım gəlir deyirəm səni də başa düşürəm))Məni də keçən il bir balaca sərçə balası hər şeydən təcrid eləmişdi.3 gündən artıq qoruya bilmədim amma (Lap təzə doğulmuşdu gözləri belə açılmamışdı. O qədər başımı itirmişdim, gah uşağın üstünə gah sərçənin. Cik eşidən kimi can gəldim deyib qaçırdım yedizdirməyə.İnternetdən oxumuşdum pomidor suyu, yumurta sarısı suyla qarışıq,süd içirmək olar şprislə. Edirdim baxırdım uşaq kimi qurban olum deyə deyə bəsləyirdim.Bir səhər cik səsi eşitmədim qəfil ürəyim yerindən çıxa-çıxa yüyürdüm yanına. Baxdım ki nəfəs almır (nə qədər tərpətdim,dimdiyini açdım ayılmadı(Oturub çox ağladım ((Sizin heyvan sevginizi və ona görə özünüzü unutmanızı çox gözəl anlayıram.Bizim kimi insanlar qarşılarına çıxdıqları üçün o heyvanlar da şanslıdırlar.

      Cavab yaz
      • Anonim
        Əsranur · 23 Aprel 14:4220

        Salam,Dalğa.Sənin heyvansevərliyinə inanıram.Yazılarından da incitməkdən qorxan insan təəssüratı yaradırsan.Əvvəllər də bina evində qaldığım vaxtlar idi.Balkona 2 göyərçin qonurdu.Bunları görəndə tez çörək qırıntısı götürüb,çıxırdım balkona-yedirirdim onları.Bir müddət sonra onlar artıq əlimdən yeyirdilər,özləri də 8 dənə olmuşdular.Əvvəlki 2 fənə cəddi-əğrəbəsini də yığıb gətirmişdi.Qəməndir deyirdi ki,əlinə öyrətmə,hamı görür ki,onlar sənin qoluna,başına qonurlar.Gör məhəllədə Quşbaz adını ala bilirsən?:)))))Sonra ordan köçdük.Amma,fikrum onların yanında qalmışdı ki,görən yemək verən varmı?

        Cavab yaz
        • Anonim
          ~~~ · 23 Aprel 15:5000

          Quşbaz))Mən də saxlamışam göyərçin.

          Cavab yaz
    • Anonim
      ƏSİ. · 23 Aprel 17:2300

      :))Canımın içi.Heç məndə neçə gündür səsinə həsrətəm:).Deyəsən Şabalıd bizi ayrı salacaq❤️.

      Cavab yaz
  • Anonim
    Papatya · 23 Aprel 10:5760

    Salam Papatya, sene iller sonrasindan- balaca, decel bir qizin anasi olaraq yaziram). Ozu de heç sene benzemir) He duz oxudun, gozlerini bereltme. Bunu da yaşaayacaqsan. beynindeki butun suallari unutduracaq sene. Kaş sene daha tez yaza bileydim.Xasiyyətini deyişe bileydim.amma men seni taniyiram, deyişmeyeceksen. Ele inadcilsan ki. Biraz da xeyalperest. Cox şeye oz çehrayi eyneyinle baxirsan. Hem tez kusen, tez aglayansan, daha çox da ozguvensizsen. Gelecekden, illərin neler getireceyinden qorxma. Sehvlerini ozune etiraf etmekden çekinme, sen ki ozunu yaxşi taniyirsan. Her şey yaxşi olacaq. Gec tez olacaq. Unutma, atanin sene oxudugu bu iki ayəni- "Subhesiz her cetinlikden sonra asanliq geler, Heqiqeten her çetinlikden sonra asanliq geler." Sene 1 meslehetim var. Sevdiklerini layiq olduqlari qeder sev!! Artiği zerer, ziyan! Sen yaxşi birisen, bundan narahat olma. Her zaman herşeyi haqqi ile et. Aglini hisslerinin onunde tut. Gor, biz nece illərin dostuyuq, sene yanlis soz demerem. Allaha emanet. ☺

    Cavab yaz
    • Anonim
      ~~~ · 23 Aprel 12:5310

      Dünən bilirsən nə düşündüm bütün gecəni?Əgər 16 yaşımıza yazdığımız məktublar sahibinə yəni bizə çatsaydı, gələcək həyatımızda yəni indiki vaxtımızda nəsə dəyişiklik olacaqdımı?Cavabı məktubunda yazmısan./Amma mən səni tanıyıram dəyişməyəcəksən/.Bu təkcə inadcıllığa görə deyil məncə, indiki düşüncələrimizin o vaxtkı yaşımıza uyğun olmadığı üçündür.Məktubun məndə,sanki kimsə başına sığal çəkə-çəkə,həzin bir səslə sənə tövsiyyələr verir təəssüratı yaratdı :)

      Cavab yaz
      • Anonim
        Papatya · 23 Aprel 13:1020

        Dalğa, fikirlərini topla, birini de sen yaz, xahiş edirem. Mende hemişe ozume biraz inamsizliq olub deye oz basima siğal ceke ceke meslehet vermişem) Dalğa heyvanlari seven insanlarin qelbi hessas, kovrek olur. Keçen defe heyetde qizim demiş ugurboceyi tapdiq. Onu da ozu gosterdi. Onu o qeder oxsadib elimizde saxladiq ki. Onun da eline qoydum. Axirda yene ehmallica qoydum yere ki, uçub getsin. Usaq vaxti ona mahni da qoşardiq yadindadi?

        Cavab yaz
        • Anonim
          ~~~ · 23 Aprel 15:4100

          Çalışaram Papatya.Söz vermirəm amma.Nəzərimdə nələr yazacağımla bağlı fikirlər var amma onları da bilmirəm bura yaza bilərəmmi.Əvəzində bəlkə sənə başqa məktublar təklif edim?)2014də yazmışdım milli aza.Daha doğrusu məktubların az qismini bura köçürmüşdüm.Elə onları da 16 yaşlı uşaqlar yazmışdı.Təsadüfə bax.Bir ara deyərəm harda idi o məktublar oxuyarsan. Oğlum doğulmamış ona yazdığım bir neçə vərəqlik sevgi və həsrət məktubum da var.Əziz körpəm deyə başlayır. Amma arxasını yazmağa utanaram.Uşaq o dəftəri bir günə salıb)xəbəri yoxdu orda ondan bəhs etmişəm. Uğur böcəyinə fatma quşu deyirik biz.Fatma fatma get dayımı gətir deyə uçurdardım həmişə.biz də tutmuşduq bu yaxınlarda. İri yarpağın üstünə qoymuşdum uşağın əlində əzilməsin deyə. Sonra uçdu getdi.

          Cavab yaz
          • Anonim
            Papatya · 23 Aprel 15:5700

            Dalğa, sene nece rahatdi ele de olsun) yazmaya da bilersen) hele senin senarin de var idi) onu da bir uygun vaxt da yazarsan gorum, senarinden indeyski kino cixar, yoxsa turetski:)he he fatma quşu deyirdik biz de. Fatma quşu uç uç, nenen qoğal bişirib deyirdim men:)) usaq ağli.

            Cavab yaz
            • Anonim
              ~~~ · 23 Aprel 16:0900

              Ne indeyskidi ne turetski birbaşa rembodu))yazacam onu da )

    • Anonim
      Əsranur · 23 Aprel 14:5810

      Papatya,bir uşaq əgər heyvana sevgi ilə böyüyərsə,ondan heç vaxt pis əməl gözləmə.Allaha çox şükür edirəm ki,mənim övladlarım,onlar tərəfdən bir canlının incinməsinə yol verməzlər.Mənim qaraqabaq oğlumun üzünü keçən yay cücələr,qırqovullar güldürürdü.O güləndə eynən körpəliyindəki kimi elə məsum ifadə olur ki üzündə.Təsəvvür elə quyruğu nə uzunluğunda olan Qırqovulu dartıb gətirirdi evə,özü də pryamoy zala.Böyük oğlum pişiklərlə oynayırdı.Qızım hər heyvana meyllidir.Bu xasiyyət ən üstün xasiyyətdir fikrimcə.Heyvana qıymayan,insana da pislik etməz.Məktubunu bəyəndim,like verdum(*****)

      Cavab yaz
      • Anonim
        Papatya · 23 Aprel 15:3020

        "Heyvana qıymayan,insana da pislik etməz." Çox haqlisan baci. Buğa doyuşleri keçirilire İspaniyada her il, neçe insan da yaralanir. Evveller men de heyvani soyerdim, insanlari buynuzuna kecirdiyine, yaraladigina gore. Bir gun turk kanalinda izledim ki, sen deme hemin buğa gunlerle qaranliq otaqda saxlanir. Qapisi birden açilib, işiqliğa, hay kuye, insan yiğinin içine duşen heyvan eslinde qorxur, ozunu mudafie etmeye calişirmiş, buna gore ele qacir, onune keçenin de gozunun yaşina baxmir. İzledim bir pis oldum ki, insandan vehşi canli yoxdur bir daha anladim. Men de hamisina like etdim baci. Əsinin de, senin de, menim de anladiğimiz bir sey var ki, biz hele de olduğumuz kimiyik) .sadece biraz duşuncelerimiz derinleşir, 15il sonra omur vefa elese indiki yaşima da mektub yazacam. 15il sonranin agli ile bugunku men-e)

        Cavab yaz
        • Anonim
          Əsranur · 23 Aprel 18:3610

          İnşaAllah,əzizim.Hələ özünə çox məktublar yazacaqsan

          Cavab yaz
    • Anonim
      ƏSİ. · 23 Aprel 17:2600

      “Sen yaxşi birisen, bundan narahat olma.”.Nə xoş sənə ki,bunu bilirsən:).Və çox doğrudu,sən çox yaxşı insansan,Papatya☺️.Çox pozitiv enerjin var.Tanrı qorusun,səni və ailəni:)

      Cavab yaz
      • Anonim
        Əsranur · 23 Aprel 18:3800

        Amin.❤❤❤

        Cavab yaz
  • Anonim
    asi · 23 Aprel 11:2741

    Salam, hərvaxtınız xeyir..Nə maraqlı paylaşımlar vqr burada, çoox sağ olun xanımlar..Maraqla oxudum..Qoy telefonum enerji yığsın, qoşulacam sizə)).. Hələki hərənizə bir bəyənmə )..

    Cavab yaz
    • Anonim
      Papatya · 23 Aprel 11:3620

      Salam, xos geldin. movzu 16 yaşina mektubdu. İsteyen ozune mektub yazsin. Gozleyirem seni de)

      Cavab yaz
  • Anonim
    Mahir · 23 Aprel 14:0800

    1 ci ve 3 cu sekil superdir.

    Cavab yaz
  • Anonim
    asi · 23 Aprel 15:0010

    Heç bilmirəm məktub yazsam özümə nə yazaram).. Fikirləşirəm ağlıma heç nə gəlmir..16 yaşında arzularımın xəyallarımın qəhrəmanı idim)). Ümumiyyətlə həyata keçməyən tək arzum ali təhsil olub, ondan başqa özəl və alınmayan bir arzum yoxdu..Bütün arzu və istəklərim ümummmillidir).. Şanslı uşaq olmuşam.Həyatda mümkün olan hər cür sevgi görmüşəm.Anadan olandan yaxınlarımın sevgisi qayğısı əhatəsində olmuşam.Istəklərim qarşılanıb, ərköyünlüyüm olub.Əmi qucağından düşüb dayı qucağına, ordan baba qucağına, xala bibi qucağına keçə-keçə əzizlənərək böyüdüm..Dayımın hər ay Moskvadan mənə göndərdiyi posılkadakı oyuncaqlar, geyimlər, babamın 2 yaşımda çətinliklə tapıb aldığı çox gözəl yelləncək, yenə dayımın Imişlidən alıb Cəbrayıla mənə gətirdiyi ilk velosipedim, ən kiçik əmimin hər nazımla oynaması, digər əmilərimin sevgisi..Hər şey çox özəl və gözəl olub mənim üçün..Ta ki, müharibəyəcən..Sonra isə, qaçqınlıq həyatının çətinlikləri ..Vaxt keçtikcə həyatımız öz axarına düşdü..

    Cavab yaz
    • Anonim
      ƏSİ. · 23 Aprel 17:2900

      Salam asi:).Sən də mənim kimi atanı daha çox sevmisən,ya da onunla münasibətin başqa olub☺️.Deyirlər qızlar atalarını daha çox sevər,amma bizdə məndən başqa bacılarım da var,onlar əksinə anamı daha çox istəyirlər:).Bir də sənə bir sualım var.Cavab verməyə də bilərsən,sadəcə maraqlı gəldi:).Neçə yaşında ailə qurmusan,asi??

      Cavab yaz
      • Anonim
        asi · 23 Aprel 17:4800

        Salam Əsi.Hə dəhşət sevirdim atamı..Desəm bəlkə də inanmazsan, atamın sağ olduğu vaxtlarda saatlarla müddətdə üst-üstə yığsan bəlkə də iki sutkalıq ata-qız ünsiyyətimiz olub ya yox..Atam çox qapalı və zəhmli insan idi, onunla ata kimi ünsiyyət qurmağa heç vaxt ürək etmədim..Aramızdakı vasitəçi anam idi)..Amma məni o qədər çox istəyirdi, mən də onu..Bir evdə ürəkləri bir-birində olan iki yad insan kimi idik..19 yaşda ailə qurmuşam). O da atamın istəyi ilə olub..Sonra mənə təhsil verməmiş ərə verdiyinin çox fikrin çəkdi, amma mən sevindim, Çünki, sonra çox yaşamadı..Heç olmasa övlad toyu nəvə görə bildi..Hətta bir dəfə yoldaşım yox, ailəsi ilə preblemim oldu, evimizdə qaldım bir müddət.Onda çox israrla deyirdiki qızımı geri vermirəm, bir səhv elədim, tay etmərəm, oxuyacaq qızım.Lakin əmimgil xəstəliyindən xəbərdar idilər deyə, güclə razı salıb yoldaşımın ailəsi ilə barışmağa razı saldılar..

        Cavab yaz
        • Anonim
          ƏSİ. · 23 Aprel 18:0900

          Məkanı cənnət olsun:((Həmişə belə qal asi❤️Mənim,öz səhvlərini ürəklə deyə bilən,qəbul edə bilən insanlara hörmətim sonsuzdu:).Mənimdə atam çox zəhmli,hövsələsiziydi.Amma onunla mənim vasitəmlə danışa bilirdilər,elə indidə belədi.Deyilə bilməyən şeyləri uyğun dillə deməkdən tut,gizlədilən şeylərdən xəbər tutanda aranı yumşaltmağa kimi☺️.Atamın ürəyi xəstədi,narahat olmasın deyə ona çox şeyi demirik.Həssas,tənbəl,bir az küsəyən,bir azda eqoist atam mənim üçün bir dünyadı:).Fərqində olmaq da elə budu.Hamını və özünü olduğu kimi qəbul edib,həyatına onları sevərək davam etmək:).

          Cavab yaz
          • Anonim
            asi · 23 Aprel 19:1300

            Amin..Sənin də atana uzun ömr can sağlığı nəsib olsun..Səndə yəqin sevginin gücündən atanın ürəyinə yol tapmaq xüsusiyyəti formalaşıbmış qeyri ixtiyari).Əslində yaxşı şeydir.Mən indi çox heyfsilənirəm atamla ünsiyyətdən çəkindiyim üçün..Atamın bir xüsusiyyəti vardı, axşam bir şey istəsəydim, səhəri dərslərini bitirib yollanardı rayona həmin şeyin arxasınca..Dünyada bəlkə də onu ən çox sevindirən hal mənim öz dilimlə ondan nəsə istəməyim idi, onda çox sevinirdi..Amma mən ürək etməzdim , anam çatdırardı..Heç yadımdan çıxmaz bir dəfə anamsız məni apardı ayaqqabı almağa..Mənim onunla özümə ayaqqabı seçməyimin həvəsi və sevincinin üzündəki ifadəsi çox fərqli idi..Adi bir iş idi, amma mənim üçün də qeyri adi idi..

            Cavab yaz
        • Anonim
          Əsranur · 23 Aprel 18:4000

          :(((((Allah rəhmət eləsin,Asi...Atanı atasız olandan soruş.

          Cavab yaz
          • Anonim
            asi · 23 Aprel 20:3000

            Amin, sənin atana rəhmət eləsin..Bayaq artıq başqa mövzuda yazmışam, mən atamın ölümünü Apreldə tam olaraq qəbul etdim..Söz xatirinə şablon sözlər kimi görsənməsin, həqiqətən Apreldə itirdiklərimiz insanların həyatlarından, kiçik övladlarından, hələ dünyaya gəlməmiş övladlarından xəbər tutduqca razılaşdım, hardasa özümü də qınadım ..Fikirləşdim ki, elə itkilərin yanında mənim atam 1 əsr ömür yaşamış kimidir(..

            Cavab yaz
  • Anonim
    asi · 23 Aprel 15:0800

    Ermənilər uşaqkən məni çox sevindirən oyuncaqlarımı əlimdən alsa da, sevgilərimi ala bilmədi..Yenə həmin sevgilərin əhatəsində böyüməyə dvm etdim..Atamın sevgisi isə çox xüsusi idi mənə, aləm bir yana mən bir yana idim nəzərində..Sinif yoldaşlarımla da keçdirdiyim gözəl günlər olub..Bu gün ata, baba nənə sevgisindən məhrumam..Amma həyatımda məni ovucları içində tutan başqa bir insan var, övladlar var..Bu gün yenə qaqamın mişkası, dayımın gözünün işığıyam, əmilərimin qızıyam.Keçmişə yazacaq şikayət məktubum yoxdur.Hər şey üçün çox sağ olsun..Gələcəyə ümidlərim böyükdür..

    Cavab yaz
    • Anonim
      Papatya · 23 Aprel 15:4800

      Her halda bundan daha çox pozitiv bir yazi ola bilmez) biraz doluxsunan, yağmaqla yağmamaq arasinda qerarsiz qalan buludlarin içinden guneş parildadi ve heyat gozeldir- deyirmiş ki, oldu) cox sevindim asi. İnsaAllah gelecekle bagli umidlerimiz, arzularimiz da heyata keçer. Gelecekle bagli bele bir cumle oxumuşdum- "Gələcəyin bir neçə adı var. Zəif insan üçün gələcəyin adı mümkünsüzlükdür, qorxaq insan üçün naməlumluqdur, düşüncəli insan üçün isə idealdır". Hardasa dogruluq payi var..

      Cavab yaz
      • Anonim
        asi · 23 Aprel 17:0900

        Əsranurun yazdığını oxuyanda çox pis oldum..O hələ özünün 10 faizini yazıb..Bir birimizi yaxından tanıdığımızdan bilirəm..Nəinki şərhində qeyd etdikləri, hətta buradan tanıdıqları insanların da problemini özünün kimi yaşayır, həyəcanlanır.Mən buna şahidəm..Onun yazdıqları fonunda mənim nədənsə gileylənmək haqqım yoxdur.Heç buna əsas da olmayıb..Mən maddiyyatla əldə olunan və maddiyyata görə əldə olunmayan şeyləri qazanc və itki kimi qəbul etmirəm..Uşaqkən bəıkə də imkan olmadığına görə nələrdənsə məhrum olmuşuq..Amma uşaqlığın itirilməsi qədər kədərli bir şey yoxdur..Keçmiş elə bir şeydir ki, böyüdükcə keçmişdəki mənəvi anları özünlə yaşada bilirsən, itirdiklərinin həsrəti, qazandıqlarının xoş təəssüratı ilə yaşayırsan..

        Cavab yaz
        • Anonim
          ƏSİ. · 23 Aprel 18:1000

          Cəmi 1% deyərdim.Düzdür:(((

          Cavab yaz
      • Anonim
        asi · 23 Aprel 17:1500

        Mən həmişə gələcəyə çox optimist yanaşıram..Həyatda da ən çox işlətdiyim fikir "hər şey yaxşı olar"-dı..Gələcəyimi bu günümdən daha gözəl təsəvvür edirəm həmişə..Bunun üçün səy göstərirəmmi ya göstərmirəmmi heç özüm də bilmirəm..Amma nədənsə həmişə əmin oluramki sabahı bu günümdən daya yaxşı keçirəcəm..Nənəmin bir sözü vardı.Həmişə deyirdiki, bala əvvəli gətirəndən olmayın, axırı gətirəndən olun..

        Cavab yaz
        • Anonim
          Əsranur · 23 Aprel 18:4700

          Məni dəli elədin bu gün:)Asi,mən də nənəmə,babama təşəkkür edərdim həyatımın ən böyük sevgisi üçün.Allah sənin nənənə rəhmət eləsin.Onun sözü elə-belə deyil.Mən hələki sonrası yaxşı gələnlərdən oldum.İnşaAllah,Allah bundan sonramı da huzurlu versin.Allah məni ailəmlə imtahana çəkməsin.Eləcə də hamınızı,əzizlərim.

          Cavab yaz
          • Anonim
            asi · 23 Aprel 19:0200

            Mən artıq səni Şabalıda qısqanmağa başlamışam, )),sən ondan danışe)...Cəmi ölənlərə rəhmət, sənin nənəyə də can sağlığı..Nənə-baba sevgisi bir başqadı, valideyn sevgisinə bənzəməz..Sonradan qazanılan hüzur, uğur, xoşbəxtlik, rahatlıq daha dəyərli və şirin olur..Sonra itirməkdənsə, sonra qazanıb rahat yaşamaq daha yaxşıdır..

            Cavab yaz
        • Anonim
          Papatya · 23 Aprel 19:0000

          Asi, yaşa dolduqca yerli yersiz her şeye pis olmaği terk etdim, her seyden sikayetlenmeyi de. Baxdiqca, gordukce basqa aile ve heyatlari, yaşanmişliqlari. Dogrudu ola bilsin ki, maddi cehetden catişmazliqlar olub. Hami sinifde 9dan hazirliğa gederken men cemi 1 il hazirlasdim. 11ci sinifde. O qeder pis olmusdum ki, sanki onlar hamisi qebul olunacaq,.men qalacam fikirleşirdim. Eksini ozum ozume subut etdim. Hem de usyankar deyildim. Seçeceyim universitetləri ixtisaslari yazdim muellimemle. Muellimem odenişli yerler de yazmişdi. Eve geldim, atam pullularin ustunden xett çekdi. Oturduq yeniden yazdiq. Yəni her seyde ayagini direyib bunu isteyirem deyen bir xasiyyetim olmayib. Geriye baxiram, normal bir ailenin ovladi idim, halal zehmetli ailenin bir ovladi. İndi de ailemde problemler olmurmu, olur elbet zaman zaman. Yaşadigimiz her sey bizi biz eden, formalaşdiran şeylerdi. Nenenin sozune ise aminn deyirdim. O zamanin adamlari bilir ne deyir)

          Cavab yaz
          • Anonim
            asi · 23 Aprel 20:0000

            Insan yaşlaşdıqca kamilləşir). Sən də təbii ki, daha dolğun yanaşırsan artıq hadisələrə)..Görürsən əsas sonrakı uğur imiş, əvvəlki narahatlıq əbəs imiş..Problemlər isə, hər zaman olacaq.Onsuz ailə olmaz). Hətta 50 yaşda da yeni nəvə problemləri ortaya çıxacaq..Problemləri gözümüzdə kiçiltsək fəsadları da kiçik olar..

            Cavab yaz
  • Anonim
    Zəhra · 23 Aprel 16:3011

    Özümə məktub. Yaşım çox olmasa da yazmaq istədim. Salam mən. Necəyəm ? Yaxşıyammı? Bilmirəm. Nələr edirsən sən Zəhra? Hava kimi dəyişkən olmaqdan bezmədinmi? İnsanlarla rəftarına bir bax! Düzmü edirsən? Bugün yenə hansı səhvi elədin. Yenə harda səhv söz işlətdin? Niyə mən bu qədər sual verirəm sənə? Bax cavabda sualladır ? Zəhra səni tanıya bilmirəm. Çox qəribə adamsan. Bəsdir! Hamını özün kimi bilmə ! Sən digər yeniyetmələr kimi xalqın gələcəyisən! Yoxsa yox? Bədbinliyi kənara qoy ! Bilirəm. Bacarmırsan. Amma bunu etməyə çalışmalısan. Çünki sən gələcəyin adamısan! Sən unutma ki, özünçün yaşayırsan ! Heç kimə görə yaşamırsan. Bəzən mənzərəni dəyişə bilməyəndə ona başqa cür baxmağa çalışırsan. Bacar bunu Zəhra. Çalış ki, bacarasan. Yaşının elə bir vaxtıdır ki, sən depressiyada da ola birsən , özünə qapalı ola da bilərsən. Amma qoy bunları bir kənara! Bax! Yazdır. Çiçək açan hər bir ağaca baxanda özünü axtar. Ya da gecə səmadakı ulduzlara bax! Tap özünü. ! Sən bir tənliksən. Kvadrat tənlik.

    Cavab yaz
  • Anonim
    Zəhra · 23 Aprel 16:3100

    Ya da çoxdərəcəli bir tənlik. Ya da 100 cü həddi sual altında olan silsilə. Sən çalış 100 cü həddi tap. Ya da tənliyin kökünü tap. Yəni qısası “ ÖZÜNÜ TANI”. Əgər özünü tanıya bilmirsənsə onda yaşama. Sağol Zəhra

    Cavab yaz
    • Anonim
      ƏSİ. · 23 Aprel 17:3300

      Heey,nə yaşama??Yaşama nədir??Bu qədər sualların cavabını tapmaq bu qədər asandır ki??Sən zəhmət çək,yolunu tap:).Həlli yolunu.Əvvəlcə yolları tapmalı,tanımalısan.Sonra öz özünə həll olacaq☺️.Bu yolda sənə bol bol səbr və uğur arzu edirəm.

      Cavab yaz
      • Anonim
        Zəhra · 23 Aprel 18:3401

        Əsi xanım mən bir cavabı gecikən və ya cavabsız sualam. Özünü tanımayan Allahı da tanımır deməli . Və əgər Allahı tanımadınsa niyə yaşayasan? Mənim qarşıda bir gələcəyim var. Və özümə açdığım bir cığır var.Bax o cığırda büdrəmədən hərəkət etməyə çalışıram. Atdığım hər addım məni dəyişməlidir yeni bir Zəhra yaratmalıdır. Mənim həyat ideologiyam ideologiyam bundan ibarətdir. Çalışıram oxudum adi bir cümlədən də nəsə götürə bilim. Beləə.... Sizə də çox sağol deyirəm. Ümid edirəm sizin həyatınızda da hər şey uğurlu olar

        Cavab yaz
        • Anonim
          Əsranur · 23 Aprel 23:4100

          Zəhra,gözəlim,yaxşıki,özünü bu səhifədə tapdın.Özümü çıxıram.Burda səni yönləndirəcək,sənə xoş təsir göstərə biləcək yaxşı qızlar var.Zamanını düzgün dəyərləndir.❤

          Cavab yaz
  • Anonim
    Zəhra · 23 Aprel 16:3201

    Salam. Əziz xanımlar və bəylər. Necəsiz? Mövzunu kim seçibsə sonsuz təşəkkürlər. Əla mövzudur. Var olun.

    Cavab yaz
    • Anonim
      Papatya · 23 Aprel 19:3100

      Salam Zehra. Seirini cox beyendim. Bu sende alinir. Get gede de lap yaxsi olacaq.

      Cavab yaz
  • Anonim
    Zəhra · 23 Aprel 16:4200

    Adı: “Çarə” Fədakar ruhumun qaranlığında, Boğulub zülmətə bu ürəyim də Əl verib çıxarmaq istəsəm belə İnadkar ürəyim baxmır sözümə. Nə edim? Təkrarsız olum istərəm Qəlbim qaranlığda batsın istərəm. Narahatam deyən rahat qəlblərə Sonadək zərbələr vurum istərəm. Həyatın dözülməz bu anlarında Qırılan qəlblərə məlhəm istərəm Yalannan xoşbəxtəm deyən kəslərə Ömürlük xoşbəxtlik olum istərəm. Həyat çətinliklə dolu olsa da Həmişə bir çarə olum istərəm. Yaşamaq namümkün olsada dostlar Həmişə son ümid olum istərəm.

    Cavab yaz
    • Anonim
      Mahir · 23 Aprel 17:2400

      Herden fikir ve dusuncelerim haqqinda mektub yaziram. 16 yasinda bir isteyim olub: kollece daxil olmaq. Usaqligimda her sey maraqli idi. Hemin vaxt mektebde oxurdum. Her sey cox gozel idi. Indi her seyin zayi cixib. Usaqligim maraqli idi. Tez-tez qohumlarimin evine qonaq gedirdim. Menim yadimdadir hemin vaxtlar troleybus var idi. 5 qepiye aparirdi. Hec yadimdan cixmaz. Menim cemi 7 yasin var idi. Troleybus surucusune bu ne oluvay surur demisdim. Usaq vaxti tez-tez kende gedirdim. Kend heyatinin oz lezzeti var idi. Usaqliq xatirelerim coxdur. Usaqligimin mehsur. avtobilleri bunlar idi: zapi, gazel, raf, paz, maskvic, ikarus, alabas avtobus, liaz, laz. Menim yaxsi yadimdadir raf avtobilleri balaca idi. Hundur bir adam mine bilmirdi. Indi insanlar balacalasib, masinlar ise boyuyub. Dunya heqiqetende tersine firlanir. Evveller her sey maraqli idi. Indi her sey ucuzlasib. Evden cole cixirsan ve gorursen ki, qonsular senin qeybetini qirir. Ele bil menim bunlarin dedesine borcum var. Evvelki heyat super idi. Vs.

      Cavab yaz
      • Anonim
        Mahir · 23 Aprel 18:1800

        Boyudukce her sey cansixici oldu. Evveller dondurma cemi 1 memmede idi.1 eded 12 vereqli defter cemi 1 memmede idi. Tramvay 3 qepiye aparirdi. Avtobuz ise 20 qepiye aparirdi. Evveller menim yaxsi yadimdadir. Evveller yupi satilirdi. Hele men kvasi demirem. Evveller bayramlar super kecirdi. Indi bayram gelende hami baslayir aglamaga. Meger evveller haminin pulu var idi? Novruz bayraminda usaqlar papaq atardilar. Heyetlere kosalar, kendirbazlar gelerdiler. Yeni il maraqli kecirdi. Basimizi pencereden bayira cixara bilmirdik. Indi yeni il gelende polisler dusurler seherin canina. Adami lap bogaza yigirlar. Her sey cox deyisdi. Adami boyuduyune gore pesman edirler. Evlen-evlen deyib bezdirirler. Guya evlenenler bala batir.

        Cavab yaz
      • Anonim
        Zəhra · 23 Aprel 18:3800

        Mahir qardaşım salam. Sizinlə tamamilə razıyam. Heç nəyin marağı qalmayıb. Adi “Novruz bayramı” hamı üçün gözəl ,mənimçünsə adi və darıxdırıcı gündür. Əvvəl necə sevinərdim bayramda. İndi heç nəyə maraq qalmayıb. ;((

        Cavab yaz
    • Anonim
      ƏSİ. · 23 Aprel 17:3400

      Çox gözəl,halaldır sənə:).

      Cavab yaz
      • Anonim
        Zəhra · 23 Aprel 18:3500

        Təşəkkür edirəm Çox sağolun☺️❤️❤️❤️

        Cavab yaz
        • Anonim
          Mahir · 23 Aprel 19:3700

          Evveller haminin evinde fotoaparat, diktafon, magnitafon tetris olardi. Indi muasir dovrdur. Her sey telefondadir. Evveler hami qezet alardi. Indi heckim qezet almir. Kitab oxuyanlarin sayi azalib.hami plansetden istifade edir. Evveller hami denize gedirdi. Indi hec kim denize getmir. Menim yaxsi yadimdadir. Usaq vaxti ailemle birlikde denize gederdik.

          Cavab yaz
          • Anonim
            Dolqorukiy · 23 Aprel 20:4430

            Mahir, Zaman maşınım olsaydı səni keçmişə geri göndərərdim, birdəfəlik. Gedib 1 məmmədlik dondurmanı yeyib, maqintafona qulaq asıb tetrisini oynayardın. Gələcək sənlik deyil? Cavan uşaqlarsınız, adam sizin fikirləri oxuyanda dünyaya nifrət edir. Geri qalmayın, dünya inkişaf edir. Proqressiv olun.

            Cavab yaz
  • Anonim
    melek b · 23 Aprel 19:2020

    hamiya salamlar. serhler mohtesem idi.yazanlarin elleri var olsun.cox maraqli mentiqli yazilar idi....FSD xanim yeriniz melum|(****)Eskanin basi Wabalida qarisib.....

    Cavab yaz
    • Anonim
      Mahir · 23 Aprel 20:2900

      Evveller haminin uzu gulerdi. Indi ise haminin uzunden gul tokulur. Evveller maraqli kinolar var idi. Indi ise gic-gic seriyallar var. Hele mugennilerden danismaga deymez. Her gun gic-gic mugenniler efire cixir. Ozude, gunde bir mugenni peyda olur. Hec kim bunlarin qabagini almir. Biri lut qizlarnan sekil cekdirecek, biri de, efirde soyus soyecek. Bu dunya heqiqetende tersine firlanir. Agilli kimdir, deli kimdir hec bilmek olmur. Insanlar tulkulesib. Indi sanki insanlar bir-birilerine dusmen kesilib.

      Cavab yaz
  • Anonim
    Dolqorukiy · 23 Aprel 20:5820

    Dünən burda yazılan şərhləri oxuduşdum, yazmağa vaxt olmadı. Deyirəm Əsranurun hər bir fikirinə afərin olsun. Yazılan şeirləridə oxudum. Şeir təhlil etmək şeir yazmaqdan cətindir. Yaxşı təhlil bacarığınız var.

    Cavab yaz
    • Anonim
      Əsranur · 23 Aprel 23:3800

      Axşamınız xeyir.Çox təşəkkür edirəm.Vallah,mən özümü elə də dərrakəli biri zənn etmirəm:)Amma,poeziyanı çox xoşlayıram.Dünən,Zəhra qızımıza düşündüyümü yazdım sadəcə.Əgər,sizə görə təhlili az-çox edə bilmişəmsə,bu,məni ancaq sevindirər.Yenə də çox sağ olun.

      Cavab yaz
  • Anonim
    ~~~ · 23 Aprel 22:0800

    Papatya,dünənə yazdım.Verilsə. Cavab yazmaya bilərsən. Sadəcə yazdığımı bil deyə dedim.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.