Maraqlı

Saçı həftədə neçə dəfə yumaq olar?

18 Aprel 2019 20:44
2 Şərh     Baxış: 4 971
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın bir neçə gözəllik salonunun işçiləri saçı nə qədər müddətdən bir yumaq lazım olduğunu açıqlayıb.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The Sun" yazır.

Nyu-Yorkun eyniadlı salonunun yaradıcısı saçı şampun və kondisionerlə həftədə 2-3 dəfədən çox yumamaq lazım olduğunu bildirib. O, gündəlik saç yumanın saçlara ciddi ziyan vurduğunu deyib:

"Saç gündəlik yuyularsa, şampun başı təbii yağından məhrum edir, bu da quruluğa və saç qırılmasına səbəb olur", - mütəxəssis deyir.

Saçlar qırılmağa meyillidirsə, onları lap gec yumaq lazımdır. Məşhurların stilisti Pol Kuçinello tez-tez edilən saç düzləşdirmənin nəticəsi olan zədələnmiş saçları həftədə maksimum iki dəfə yumaq lazım olduğunu deyir.

Daha bir stilist, ekspert Skot Miller də gündəlik saç yumağa qarşıdır:

"Tozlu tikintinin yanından keçməmisinizsə və idman zalında məşq etməmisinizsə, hər gün saçı yumağa ehtiyac yoxdur", - deyə o məsləhət görür.

Fevral ayında gözəllik ekspertləri qadınların gözəlliklərini məhv edən alışqanlıqları hesablayıblar və edilən səhvlərdən necə yayınmaq mümkün olduğu barədə məsləhətlər veriblər. Onlar saçı yuyarkən, xüsusən yağlı saçlara sahib xanımların suyun temperaturuna fikir vermələrini tövsiyə edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.