Maraqlı

Sosial şəbəkələrə yetkinlik yaşına çatmayan istifadəçilər üçün “layk” etmək imkanını ləğv etmək tövsiyə edilib

17 Aprel 2019 21:29
0 Şərh     Baxış: 735
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın İnformasiya Məsələləri üzrə İdarəsi (ICO) sosial şəbəkələrə yetkinlik yaşına çatmayanlar üçün "layk" etmək imkanını ləğv etməyi təklif edib. Bu, uşaqlar üçün zərərli informasiyanın yayılmasının qarşısını alacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "ICO" nümayəndələri izah ediblər, "layk"lar elan verənlərə istifadəçilərin seçimi haqqında informasiyanı toplamağa kömək edir. Nəticədə elan verənlər hədəflənmiş reklamdan istifadə edirlər.

ICO sosial şəbəkələrin uşaqlar tərəfindən istifadəsi ilə bağlı tövsiyələrə "layk"lar üçün "yaş senzi" haqqında bənd daxil edib. Bundan başqa, tövsiyələrə yetkinlik yaşına çatmayanlar üçün başlanğıc ayar kimi olduğu yerin izlənilməsinin deaktiv edilməsi əlavə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.