Maraqlı

Arvadı gözəllik yarışmasına qatılan rahib sürgün edildi - FOTO

17 Aprel 2019 15:39
2 Şərh     Baxış: 2 817
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Ural bölgəsindəki bir rahibin həyat yoldaşı gözəllik yarışmasına qatılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, buna görə rahibə cəza veriblər. Onun kəndlərdən birinə sürgün edilməsinə qərar verilib.

Gözəllik salonu işlədən Oksana Zotovanın yarışmada mükafat qazanması hər kəs tərəfindən tənqid edilib. İlk olaraq rahib Sergey Zotovun işinə son qoyulub. O, bundan sonra çox uzaq bir yerdə, yalnız 4 min insanın yaşadığı yerdə məsləyini davam etdirə biləcək. Baş rahib Zotovun arvadının ağlını başına yığmasını, bu işdən əl çəkənə qədər ərinə ziyan vuracağını söyləyib.

O, "Öz ailəsini idarə edə bilmirsə, necə rahib ola bilər? Camaatı necə idarə edəcək7" sözlərini deyib. Eyni zamanda Zotovanın bir dənizkənarı tətil yerindən bikinili fotolar yayımlaması biabırçılıq kimi qiymətləndirilib. Rahib kəndə sürgün edilməsini haqlı cəza saydığını deyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.