Maraqlı

Qədim avropalılar niyə meqalitlər inşa edirdilər? - Alimlərdən açıqlama

21 Aprel 2019 21:20
0 Şərh     Baxış: 564

Avropada inşa edilən dolmen və digər meqalitik binalar məbəd və rəsədxana deyilmiş.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, sözügedən meqalitlər qitənin ilk fermerlərinin ailəvi qəbirstanlıqları olub. Bu barədə geniş material "PNAS" jurnalında dərc edilib. Genetiklər inşaatçıların DNA-larını oxuyublar və bu nəticəyə gəliblər.

İsveçin Upsal universitetinin alimi Maqdalina Freyzer deyib: 

"Ansarvda dolmen inşa edən insanlar genetik cəhətdən onları əhatə edən ovçu-yığıcı tayfalardan fərqləniblər. Onlar Avropaya gəldikdən sonra 700 il ərzində sərdabə ənənəsini qoruyub saxlayıblar. Bu insanlar 5 min il əvvəl Avropaya köçüblər".

Bu gün müasir elm düşünür ki, insan əkinçiliyə keçəndən sonra inşaatla tanış oldu və binalar tikməyə başladı. Bunun isə konkret nə zaman baş verdiyi və harada baş verdiyi, niyə baş verdiyi sirr olaraq qalıb.

Stounhencdən başqa Avropa ərazisində 8 mindən çox meqalit bina var. Bu binalar müxtəlif fermer-miqrantlar tərəfindən inşa edilib. Onların hansı məqsədlə inşa edildiyi bu günə qədər də alimlər arasında mübahisə mövzusudur.

Bir sıra alimlərin fikrinə görə, bu tikililər Avropanın ilk sakinlərinin bir neçə qrupunun sosial həyatında vacib rol oynayan dini binalardır. Digər alimlər isə iddia edirlər ki, dolmenlər və Stounhenc əslində ilk rəsədxanalardır. Qədim insanlara vaxtı öyrənməyə və müəyyən vacib hadisələri qeyd etməyə kömək edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.