Maraqlı

“Eurovision”nun ulduz qonaqları onlardır

16 Aprel 2019 13:19
0 Şərh     Baxış: 1 766
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir ay sonra İsraildə start götürəcək "Eurovision" mahnı müsabiqəsinin finalında çıxış edəcək ulduzların adı açıqlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, gecədə yarışma qalibləri Konçita Vürst, Mans Zelmerlöw,  Dana International və Netta Barzilai səhnədə yer alacaq.

Bundan əlavə, ötən il Kipri beynəlxalq layihədə təmsil edən Eleni Foureira və Ukraynanın məşhur ulduzu Verka Serduchka mahnılarını ifa edəcək.

Həmçinin məşhur aktrisa Gal Gadot özəl şou göstərərək Təl-Əvivin tanıtımını edəcək.

Bu məqamda bildirək ki, şounun finalında dünya ulduzu Madonna da yer alacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.