Maraqlı

Çində 17 min il yaşı olan saxsı qabın parçası tapılıb

17 Aprel 2019 03:30
0 Şərh     Baxış: 588

Çin arxeoloqları ölkənin cənubundakı Quandun vilayətində təxminən 17 min il əvvələ aid olduğu güman edilən saxsı qabın hissəsini tapıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, paleolit dövrünə aid saxsı qabın bir hissəsi İnde şəhəri ərazisindəki Çintan xarabalıqlarından tapılıb. Bu, Çində ilk saxsı qabın məhz ölkənin cənub hissəsində istifadə olunduğunu göstərir.

Bildirilir ki, 2016-cı ildən bəri Çintan xarabalıqlarında 10 mindən çox qədim əşya və ya onların hissələri, habelə insan sümüyü tapılıb. Bundan başqa, ərazidə yemək bişirmək və saxlamaq üçün xüsusi yerlər aşkarlayıblar. Çintan xarabalıqlarından tapılanlar Çinin 10 ən vacib arxeoloji tapıntıları sırasına daxil edilib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.