Maraqlı

Alla Puqaçova 70 illik yubileyini qeyd edir

15 Aprel 2019 21:35
1 Şərh     Baxış: 631

SSRİ Xalq artisti, Azərbaycanın "Dostluq" ordenin sahibi, məşhur Rusiya estrada müğənnisi Alla Puqaçova 70 illik yubileyini qeyd edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Rusiya Prezidenti Vladimir Putin müğənnini yubileyi münasibətilə təbrik edərək, onun qeyri-adi istedadını, parlaq artistlik bacarığını, gənc istedadların üzə çıxmasında rolunu xüsusi qeyd edib.

Alla Puqaçova Moskvada anadan olub. İlk populyarlığı müğənniyə Bolqarıstanda keçirilən "Qızıl Orfey" festivalında ifa etdiyi "Arlekino", daha sonralar 1978-ci ildə Polşanın "Sopot" festivalında təqdim etdiyi "Krallar hər şeyə qadirdir" mahnıları gətirib. Rusiya estradasının primadonnasının repertuarında 500-dən çox mahnı var. İllər ötməsinə baxmayaraq Alla Puqaçovanın "Milyon al qızılgül", "Qədim saat", "Aysberq" və digər mahnıları dillər əzbəridir.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    anonim · 15 Aprel 22:0903

    gozumuz mazol oldu sene baxmaqdan nene Alla .Kecmiüş mahnilarini da dinle amma ozune baxmadan

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.