Maraqlı

Çingiz İsraildə ilk onunla tanış oldu - VİDEO - FOTO

15 Aprel 2019 15:54
0 Şərh     Baxış: 3 175
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Çingiz Mustafayev İsraildə İtaliyanın "Eurovision" təmsilçisi Mahmudla görüşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hər iki ifaçı Təl-Əvivdə poskard çəkilişi zamanı bir araya gəliblər.

Hətta onlar müsabiqə mahnılarını ifa ediblər.  Çingiz və Mahmudun sözügedən görüntüləri yarışmanın rəsmi "Youtube" səhifəsində yerləşdirilib.

Çingiz də instaqramda fotolar paylaşaraq görüş barədə belə şərh yazıb: "Çəkilişi zamanı bu gözəl dostumla tanış oldum. O, mənim "Truth" mahnımı cover etdi və mən də onun "Soldi" mahnısını bildiyim az italyanca ilə "cover" etməyə çalışdım".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Çingiz İsraildə ilk onunla tanış oldu

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.