Maraqlı

Dünyadakı ən təhlükəli quş öz sahibini öldürdü

15 Aprel 2019 22:28
1 Şərh     Baxış: 2 576

ABŞ-ın Florida ştatında dünyada ən təhlükəli quş hesab olunan kazuar saxlandığı fermada öz sahibini öldürüb.

The Gainesville Sun xəbər verir ki, 75 yaşlı fermer yem vermək üçün qəfəsə daxil olarkən yıxılıb. Kazuar fermeri dimdikləyərək öldürüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, kazuarlar strauslardan sonra yer kürəsində ən böyük quşlar hesab edilirlər. Onların boyu iki metrə, çəkiləri 60 kiloya çatlr.

Uzunluğu 10 santimetr olan  dimdiklərini isə ölüm silahı kimi istifadə edirlər.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Gun kimi · 16 Aprel 00:3210

    Yaziq quwa nece de wer atirlar.. 75 yaşinda qoca kişi yixilib ölub quş da yeqin terpenmediyini görub bir iki dimdik vurub..uje quwu qatil elediler..dehwetdiler e valla..

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.