Maraqlı

Sassi suyu. Piyləri yandıran məşhur içki

14 Aprel 2019 19:26
1 Şərh     Baxış: 3 823
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu suyun reseptini amerikalı həkim Sintiya Sass fikirləşib.

Əvvəllər bu içki "Yastı qarın" pəhrizi zamanı istifadə olunurdu. Daha sonra isə Sassi suyu ayrıca istifadə olunmağa başlandı.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, Sassi suyu mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır, köpü azaldır, piylərin parçalanmasını sürətləndirir, metabolizmi yaxşılaşdırır, orqanizmi ziyanlı maddələrdən təmizləyir, dərinin və saçların vəziyyətinə çox müsbət təsir edir.

Sassi suyunun reseptini sizə təqdim edirik:

2 l suya nazik doğranmış 1 ədəd limon və 1 ədəd xiyar, 1 çay qaşığı sürtgəcdən keçirilmiş təzə zənçəfil kökü, 5-6 nanə yarpaqları əlavə olunur, yaxşı qarışdırılır və səhərə qədər soyuducuda qalır.

Növbəti gün ərzində bu suyu içmək lazımdır. Axşam yenə Sassi suyu hazırlanır və növbəti gün ərzində içilir. Kurs 1-2 həftə davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.