Maraqlı

Oynaqlardan səs gəlməsinin 3 səbəbi

14 Aprel 2019 19:23
0 Şərh     Baxış: 1 707
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oynaqlardan səs gəlməsi çoxlarına tanış haldır. Əksər insanlar oynaqlarda olan şaqqıltını adi qarşılayır.

Səs, şaqqıltı var deyə həkimə müraciət edənlər yəqin yoxdur. Bu, bir çox hallarda duzlaşma kimi qələmə verilir.  

Oynaqlardan səsin eşidilməsi xəstəlikdirmi?

Ortoped-travmatoloq Sənan Aşirov bildirib ki, oynaqlardan səsin gəlməsi insanları ən çox narahat edən problemlərdən biridir. Onun sözlərinə görə, hər insan bunu bir formada dəyərləndirir. Çoxlarında yeriyərkən oynağım səs eləyir, deyə bir hiss var.

E-tibb.az bildirir ki, oynaqlardan səsin eşidilməsi hər yaşda görülə bilər. Kiçik yaşlı uşaqlarda da, daha yaşlı insanlarda da.

Həkim bildirib ki, bir qrup insanlarda bu səs xəstəlik əlaməti deyil. Əzələ-bağ sistemində  zəiflik olduğu halda hərəkət edərkən, yeriyərkən müəyyən səslər eşidilə bilər.

Belə səsin eşidilməsinin ikinci səbəbi vitamin çatışmazlığı da ola bilər. Əsasən D vitamini və kalsium çatışmazlığında insanların dizlərində, çiyinlərində, aşıq-baldır oynaqlarında, topuqlarında bir səslər eşidilir.

Və nəhayət, oynaqlardan səsin eşidilməsinin üçüncü səbəbi qığırdaq zədələridir.

Məsələn, hansısa oynaqda, eləcə də dizlərdə hər hansı qığırdaq zədəsi varsa, bu səslər eşidilir. Eləcə də qolu qaldırarkən çiyin oynağında səsin gəlməsi və ya ilişmək kimi bir hiss qığırdaq zədələnməsini göstərən haldır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.